Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:45

Elmar Məmmədyarov: Tərəflər sülh sazişi üzərində işləməyə başlamalıdırlar


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
«ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə regiona gələcəklər. Yəqin ki, onlar həftənin əvvəlində Bakıda olacaqlar».

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir deyib ki, həmsədrlərin səfərinin əsas məqsədi Dağlıq Qarabağ problemi üzrə aparılan danışıqlarda açıq qalan məsələləri müəyyən etmək və bu yöndə işi davam etdirməkdir:

«Biz açıq qalan məsələlər üzərində işi sürətləndirməliyik».

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan əvvəl bəyan etdiyi kimi, indi də böyük sülh sazişi üzərində işlərə başlanmasını istəyir:

«Vaxt itirməmək üçün düşünürük ki, böyük sülh sazişi üzərində işə başlamaq lazımdır. İndiyə kimi razılaşdırılan məsələlər əsasında böyük sülh sazişinin hazırlanmasına başlamaq olar». /apa/
XS
SM
MD
LG