Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:24

50-yə yaxın Bakı sakini aksiya keçirib


Mənzil tikinti şirkətinin aldatdığı 50-yə yaxın sakinin oktyabrın 20-də keçirdiyi aksiyada 5 nəfər saxlanılıb.
Günün birinci yarısı onları aldadaraq bir evi bir neçə nəfərə satan “Kamran B.Ə.” MMC-nin ofisi qarşısında aksiya keçirən payçılar daha sonra Bakı Şəhər İcra hakimiyyəti və Prezident Adminisrrasiyası qarçısında aksiyaya cəhd ediblər.
Əllərində prezident İlham Əliyev və Heydər Əliyevin fotoları olan etirazçılarla polis arasında gərginlik yaranıb.
Aksiya iştirakçılarının əllərindəki fotolar onlardan alınıb. Şirkət rəhbərinin cəzalandırılması ilə bağlı şüarlar isə aksioyaçılardan alınaraq cırılıb. İcra hakimiyyətində aksiyaçılardan bir neçə nəfəri qəbul etsələr də onlara bu məsələdə yardım edə bilməyəcəklərini deyiblər.
Bundan sonra aksiyaçılar Prezident Administrasiyasına yürüş etmək istəsələr də polis onların qarşısını alıb. Bu zaman biri qadın olmaqla 5 nəfər Səbael rayon polis şöbəsinin 9-cu bölməsinə aparılıb.
Qalan aksiyaçıların etirazlarından sonra 5 nəfər xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
“Kamran B.Ə.” MMC-nin vətəndaşları aldatması ilə bağlı ilə bağlı cinayət işi açılsa da, payçılar vəziyyətlə razılaşmırlar:
Payçı Aytən Hüseynova: “Ortalıqda gəzənlər var onları tutacaqlar və s. Bunun bizə bir xeyri olmayacaq. Biz istəyirik ki, İsfəndiyar Axundov cəzalandırılsın, çünki bizim evlərə görə ödədiyimiz pulların hamısı ona çatıb və pullarımızı da ondan tələb edirik. Bizim tələbimiz odur ki, bizim pullarımızı da İsfəndiyar Axundovdan soruşsunlar”.
Bir neçə gün əvvəl isə Bakı şəhər İcra Hakimiyyətindən payçılara deyilib ki, “Kamran B.Ə.” MMC-yə Yasamal rayonu ərazisində yaşayış binasının layihələşdirilməsi və ya tikintisi ilə bağlı hər hansı bir icazə sənədi verilməyib. Qeyd olunan ünvanda tikinti işləri vətəndaş İsfəndiyar Axundovun təsisçisi olduğu “Şaiq” MTK tərəfindən aparılır.
XS
SM
MD
LG