Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:49

«3 alov dili»ni kimlər bəyənir...


Ramil Osmanlı
Ramil Osmanlı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev mətbuata deyib ki, Bakı şəhərinin mərkəzində 5-7 mərtəbədən hündür binaların tikilməsinə icazə verilməyəcək.

O bildirib ki, hazırda Bakı şəhərinin baş müfəssəl planlaşdırma layihəsi hazırlanır. Layihə ilin sonuna qədər hazır olacaq və təsdiq üçün Bakı şəhər İcra Hakimiyyətinə veriləcək. Plana əsasən, Bakıda 5-7 mərtəbədən hündür binalar tikilməyəcək.

«Əmlak bazarı iştirakçıları» İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı düşünür ki, bu, GECİKMİŞ OLSA DA, DÜZGÜN QƏRARDIR:

«Əslində bu, düzgün qərardır və mənim fikrimcə, bir qədər də gecikmiş qərardır. Müəyyən dövrlərdə bəzi dövlət qurumlarının buna oxşar şifahi və ya yazılı qərarları olub. Amma çox təəssüflər olsun ki, bunlar icra olunmayıb. Bakı şəhərinin mövcud vəziyyəti onu deməyə imkan verir ki, şəhərin indiki görüntüsü onun infrastrukturuna tamamilə ziddir. Yəni, adekvat deyil. Bakı şəhərinin mərkəz hissəsində tikilən binalar da daxil olmaqla mövcud mənzil fondunda 4.5 milyon, hətta 5 milyona yaxın əhalini məskunlaşdırmaq mümkündür. Amma təəssüflər olsun ki, şəhərin mövcud infrastrukturu sovet dövründən qalma infrastrukturdur.
Elçin Əliyev
Elçin Əliyev
Kanalizasiya sistemi 2-2.5 milyon əhalinin tələbatını ödəməyə imkan verir…».

Memar Elçin Əliyev isə bildirir ki, bu qərar 14-16 mərtəbəli binalar tikilməmişdən əvvəl verilməliydi. İndi isə şəhərin mənzərəsini yaxşılaşdırmaq üçün DAHA HÜNDÜRMƏRTƏBƏLİ BİNALARIN TİKİLMƏSİNƏ EHTİYAC VAR:

«Mən razı deyiləm ki, Bakıda ancaq 5-7 mərtəbəli binalar olmalıdır. Hesab edirəm ki, artıq bu sənəd gec çıxıb. 7-8 ildə şəhərin bütün xarici görünüşünü yeni hündürmərtəbəli binalarla korlayıblar. İndi belə bir situasiya yaranıb ki, dənizkənarı parkdan şəhərin mərkəzinə baxanda, 12-14 mərtəbəli binalar şəhərin görünüşünü pozurlar. 100 il bundan əvvəl tikilmiş 3-5 mərtəbəli binaların qarşısını alıblar. Bu sənəd bir neçə il bundan əvvəl lazım idi ki, yeni tikintilər dayandırılsın, belə bir hadisələr olmasın. Amma artıq bu binalar tikilib. İndi belə bir əmr verməyin mənası yoxdur. Əksinə, Bakıda yeni 30-40 mərtəbəli göydələnlər tikilməlidir ki, onlar kənardan Bakıya baxanda, insanın diqqətini cəlb etsin.
Aytəkin İmranova
Aytəkin İmranova
İndiki 14-16 mərtəbəli binaların xarici görünüşünü örtsün…».

Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri Aytəkin İmranova isə deyir ki, HAZIRDA GÖRÜLƏN İŞLƏRİN HEÇ BİR ELMİ ƏSASI YOXDUR:

«İndi yeni tikilmiş binalarda 30 faizdən az insan məskunlaşıb. Deməli, bu nə bazar iqtisadiyyatına aiddir, nə sosial sifarişdir, nə də iqtisadi bir sosial yönlü aksiyadır. Bakı amfiteatr idi... Təəssüf ki, indi işlərin heç biri elmi əsasda aparılmır. Sökmək bizim strukturlar üçün heç də problem deyil. Məncə, orada hər hansı mənfəət olsa, o 14-15 mərtəbəli binaları da söküb yerində yeni bina tikərlər. Bir çox Avropa ölkələrində şəhərin tarixi mərkəzində belə hündürmərtəbəli binalar tikilmir…».

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG