Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:30

İran Ayətullası Azərbaycanı hədələdi


"Azərbaycanın imanlı xalqı bu vəziyyətin davam etməsinə icazə verməyəcək”

İranın Ali Ruhani Məclisinin üzvü, Ayətullahül-üzma Nasir Məkarim Şirazi ötən gün keçirdiyi xütbəsində Azərbaycan hökumətinin ünvanına hədələr səsləndirib.

APA-nın İran KİV-nə istinadən verdiyi məlumata görə, müsəlman-şiələrin təqlid mərcəyi hesab olunan bu şəxs Qum şəhərində “Əzəm” məscidində keçirilən xütbədə Azərbaycanda islamofobiya hallarının artdığını əsas gətirərək, dövlət rəsmilərinə xəbərdarlıq edib:

“Azərbaycan rəsmiləri region hadisələrindən ibrət almalıdırlar. Azərbaycan Respublikası əhalisi demək olar ki, şiə müsəlmanlarıdır. Amma, bir müddətdir ki, Azərbaycan hökuməti məscidləri dağıdır və insanlara hücum edir”.

O, Azərbaycanda İslamla bağlı təqlid ədəbiyyatının - risalələrin yayılmasına da qadağa qoyulduğunu diqqətə çatdıraraq, deyib ki, son zamanlar məktəblilər və dövlət işçilərinin məscidlərə buraxılmaması haqda göstəriş verilib: “

"Sanki Bakı rəsmiləri qəflət yuxusundadırlar. Azərbaycanın imanlı xalqı bu vəziyyətin davam etməsinə icazə verməyəcək”.

Ayətullah onu da bildirib ki, imamların (ə) göstərişlərinə əməl etməmək, peyğəmbərin (s.ə.s) göstərişlərinə əməl etməmək, peyğəmbərin (s.ə.s) göstərişlərinə əməl etməmək isə Allaha itaət etməmək deməkdir.
XS
SM
MD
LG