Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29

Türkiyədə güclü zəlzələ - itkilər və dağıntılar var


Zəlzələ baş vermiş ərazi
Zəlzələ baş vermiş ərazi
Türkiyənin Van bölgəsində baş verən zəlzələdə ölənlərin sayı 217-yə çatıb.

Türkiyənin daxili işlər naziri İdris Naim Şahin yaralıların sayının 1090 nəfər olduğunu açıqlayıb.

100 nəfərin Van, 117 nəfərin isə Erciş şəhərində öldüyü müəyyənləşib. Ölü sayının artacağı gözlənilir.

Türk Qızıl Ayının məlumatına görə, Erçişdə 80-ə yaxın, Vanda isə 10 bina uçub.

Bundan başqa, zəlzələ nəticəsində Vanda bir hissəsi uçmuş həbsxanadan 150-yə yaxın məhbus qaçıb. Lakin onlardan 50-si az sonra geri qayıdıb. /apa/

***
Türkiyənin şərqində, Van gölünün yaxınlığında güclü zəlzələ olub.

Ölən və yaralananlar var.

Rixter şkalasına görə, yeraltı təkanların gücü 7, 2 bal olub.

İlkin məlumatlara görə, Van şəhərinə yaxın yerləşən Tabanlı kəndində 7 mərtəbəli bina çöküb, vətəndaşlar dağıntılar altında qalıb.




Zəlzələ Ərzurum, Diyarbəkir, habelə qonşu Ermənistan və paytaxt Yerevanda da hiss olunub.

Yerevanda dağıntı və itki barədə məlumat verilmir.

Yeraltı təkanlar Azərbaycan ərazisində - Naxçıvanda da hiss olunub. AzadlıqRadiosunun Naxçıvan müxbiri xəbər verir ki, zəlzələ yerli sakinlərdə təlaş yaradıb.

Onlar küçələrə axışıblar.
Respublika Seysmoloji Xidmətdən AzadlıqRadiosuna verilən məlumata görə, Naxçıvanda hiss olunan zəlzələ 3- 3,5 bal gücündə olub və hər hansı dağıntı müşahidə edilməyib.

TÜRKİYƏDƏ 1903-CÜ İLDƏN BƏRİ 26 BÖYÜK ZƏLZƏLƏ OLUB

Türkiyənin “Zaman” qəzeti bu ölkədə 1903-cü ildən bu yana baş vermiş zələlələr haqqında qısa arayış verib. Həmin arayışı təqdim edirik:

Tarix Yer Zəlzələnin gücü Həlak olanları sayı
28 Aprel 1903 Malazgirt 6.7 bal 2 min 626 nəfər
9 Avqust 1912 Mürefte 7.3 bal 216 nəfər, 466 adam da yaralanıb.
6 May 1930 Hakkari 7.2 bal 2 min 514 nəfər
26 dekabr 1939 Ərzincan 7.9 bal 32 min 962 nəfər
20 dekabr 1942 Niksar/Erbaa 7.0 bal 3 minə yaxın, təxminən 6 min 300 adam da yaralanmışdı.
26 dekabr 1943 Tosya/Ladik 7.2 bal 2 min 824 nəfər
1 Fevral 1944 Bolu/Gerede 7.2 bal 3 min 959 nəfər
31 May 1946 Varto/Hınıs 839 nəfər, 349 adam da yaralanıb.
19 Avqust 1966 Varto 2 min 394 nəfər. 1489 adam da yaralanıb.
28 Mart 1970 Gediz 7.2 bal 1086 nəfər, 1260 nəfər yaralanıb.
6 Sentyabr 1975 Lice 6.9 bal 1385 adamın ölüb, 3339 adam yaralanıb.
24 dekabr 1976 Çaldıran/Muradiye 7.2 bal 3840 nəfər, 497 adam da yaralanıb.
30 Noyabr 1983 Ərzurum/Qars 6.8 bal 1155 adam, 1142 adam da yaralanıb.
13 Mart 1992 Ərzincan / Tunceli 6.8 bal 653 adam. 3850 nəfər yaralanıb.
1 Noyabr 1995 Dinar 5.9 bal 94 nəfər.
27 İyun 1998 Ceyhan 6.3 bal 84 adam, 310 nəfər də yaralanıb.
17 Avqust 1999 Kocaeli 7.4 bal 17 min 127 adam, 43 min 953 adam isə yaralanmışdı.
1999 Bolu Düzcə 7.2 bal 845 adam, 4948 adam da yaralalanıb.
2000 Çankırı 6.1 bal 2 adam. 1766 adam da yaralanıb.
Afyon 5.8 bal 6 adam, 547 nəfər isə yaralanıb.
2003 Tunceli 6.2 bal 1 nəfər, 7 adam da yaralanıb.
Bingöl 6.4 bal 176 nəfər, 520 nəfər də yaralanıb.
2004 Ərzurum 5.1 bal 9 nəfər, 20 nəfər isə yaralanıb.
Ağrı 5.1 bal 18 nəfər, 32 nəfər isə xəsarət alıb.
2005 Hakkari 5.5 bal 2 nəfər, 5 nəfər yaralanıb.
2010 Elağız 6 bal 51 nəfər, 74 nəfər də yaralanıb.
23 oktyabr 2011 Van 7.2 bal 1000 nəfərə yaxın itki olacağı ehtimal edilir.
XS
SM
MD
LG