Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:30

«Twitter» və jurnalistika: sərhəd haradan keçir?


Foto: Arxiv
Foto: Arxiv
«Associated Press» agentliyinin xəbər xidməti müxbirlərinə «Twitter»də öz fikrini bildirməyi, başqalarının yazdıqlarını orada təkrar paylaşmağı («retweet») qadağan edib.

«Associated Press»də düşünürlər ki, jurnalistin «Twitter»də başqalarının yazdıqlarını paylaşmasını oxucular həmin fikri onun bəyənməsi kimi anlaya bilər.

Hərçənd jurnalistlərin çoxu öz «Twitter» hesablarındakı bioqrafiya hissəsinə belə bir qeyd əlavə edir: «Retweet»lər bəyənilmə kimi qəbul edilməməlidir». Ancaq görünür, «Associated Press»in xəbər xidməti üçün bu cür qeyd kifayət etmir.

Jurnalistlərin, media mütəxəssislərinin çoxu bu dəyişikliyi kinayə və qınaqla qarşılayıblar. «Ərəb baharı» inqilabları barədə xəbərləri çatdırmaq üçün «Twitter»dən yararlanan jurnalistlərdən biri –Andy Carvin yeni qaydaya əməl etmək niyyətində olmadığını söyləyib. Başqa bir jurnalistə görə isə, «Associated Press» bundan sonra «robotları işə götürəcək». Axı hamı yaxşı başa düşür ki, jurnalist də insan məxluqudur. Kimliyindən asılı olmayaraq onun da öz fikri var, avtomat deyil.

Bəs jurnalistin «tweet» və ya «retweet»lərinin yanlış anlaşılması halları həqiqətənmi baş verir? Əlbəttə. CNN-in baş redaktoru və Yaxın Şərq üzrə eksperti Octavia Nasr «Hizbullah» terrorçusunun ölümü haqqında yazdığı «tweet»ə görə 20 illik işini itirməli olub.

Amma jurnalistika üzrə professor Robert Hernandez belə hesab edir:
««Twitter», sosial media çox yaxşı işləyir. Sadəcə, ənənəçilər onu qəbul etmək istəmir, ona nəzarət etmək istəyirlər».
XS
SM
MD
LG