Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:26

Rafiq Tağı palatadadır


Rafiq Tağı bıçaqlandı
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
Direct-ə keçid

Rafiq Tağının bıçaqlanması haqda ətraflı videoreportaj

Yazıçı Rafiq Tağını 1 saylı Bakı Klinik xəstəxananın cərrahiyyə şöbəsində palataya yerləşdiriblər.

Qardaşı Rafael Tağıyev deyir ki, xəstənin vəziyyəti qənaətbəxşdir, müalicəsi davam edir.

***
Noyabrın 19-da yazıçı Rafiq Tağının bıçaqlanması ilə əlaqədar Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb.
Bu barədə AzadlıqRadiosuna Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Cinayət Məcəlləsinin 126.1-ci maddəsi - qəsdən sağlamlığa zərər vurma maddəsi ilə istintaq aparılır.
***
Rafiq Tağı əl hərəkətləriylə həkim və jurnalistlərə hadisənin necə baş verdiyini anlatmağa çalışıb. O əl işarələriylə bildirib ki, ona bir nəfər bıçaqla 6 zərbə vurub.

RAFİQ TAĞININ REANİMASİYADAN VİDEOGÖRÜNTÜLƏRİ

***
Rafiq Tağının həyat yoldaşı və oğlu yazıçının bıçaqlanmasıyla bağlı polisə ifadə verirlər. Bu barədə AzadlıqRadiosuna yazıçının evindən məlumat veriblər.

***
Rafiq Tağının qardaşı AzadlıqRadiosunun müxbirinə deyib ki, əməliyyatdan sonra yazıçının vəziyyəti nisbətən yaxşılaşıb. O həkimlərdən xəstəxanadan nə vaxt çıxarılacağını soruşub.

Yaxınlarının dediyinə görə, hələ ki onları Rafiq Tağıyla görüşə buraxmırlar.

***
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Rafiq Tağını cərrahiyə şöbəsindən reanimasiya şöbəsinə keçirirlər. Onun vəziyyəti haqda əlavə məlumat verilmir.

***

1 saylı Bakı Klinik xəstəxanadında Rafiq Tağının cərrahiyyə əməliyyatı saat 6 radələrində başa çatıb. Əməliyyatda iştirak edən cərrahlardan biri, Abbas Abbasov AzadlıqRadiosuna bildirib ki, ölüm təhlükəsi olmasa da Rafiq Tağının vəziyyəti kifayət qədər ağırdır. Bunun əsas səbəblərindən biri odur ki, xəstə çoxlu qan itirib, çünki hücumdan sonra özü evə gəlib, telefonla danışıb və bütün bu müddət ərzində bədənində güclü qanaxmalar olub.

Cərrah deyib ki, əməliiyat çox gərgin olub. Çünki xəstənin bədənində 6 bıcaq deşiyi var. Bu yaralar kifayət qədər ağır zədələr törədib. Onun 2 qabırğası sınıb, mədəsi, diafraqması zədələnib, dalağını isə ümumiyyətlə çıxartmağa məcbur olublar. Rafiq Tağının vəziyyətinin ağır olduğunu bildirən Abbasov, daha çox diafraqmanın zədələnməsindən qayğılandığını deyib. "Onu suni nəfəs sistemindən ayırandan sonra vəziyyətə daha aydın qiymət vermək mümkün olacaq" - deyə Abbasov əlavə edib.

***


Muxbirimiz xəstəxandan xəbər verir ki, Rafiq Tağının cərrahiyə əməliyyatının daha 2-3 saat çəkəcəyi gözlənilir. Bu haqda məlumat verən növbətçi həkim Rafiq Tağının vəziyyətinin ağır olduğunu bildirib.

***

Həkim Abbas Abbasov Rafiq Tağının çox qan itirdiyini, buna görə vəziyyətinin ağır olduğunu bildirir. Həkim bildirir ki, o, 5 bıçaq yarası alıb. Yaralardan üçünü təftiş sarıyıblar.



Həkimin dediyinə görə bir bıçaq zərbəsi Rafiq Tağının sümüyünü sındırıb. Qarnından aldığı daha iki bıçaq zərbəsi ilə bağlı isə hələ əməliyyat davam edir. Bu əməliyatın hələ bir müddət çəkəçəyi gözlənilir.


Polisdən hələlik Rafiq Tağının bıçaqlanması ilə bağlı hər hansı açıqlama vermirlər. Polis əməkdaşları onun ailə üzvlərini dindiriblər və hadisə baş verən ərazini araşdırıblar.

***

Rafiq Tağının əməlyatı hələ başa çatmayıb. Xəstəxanaya polislər gəlib. Onlar yazıçının qardaşını dindiriblər.

***

Tanınmış yazıçı Rafiq Tağı noyabrın 19-u axşam saatlarında bıçaqlanıb. Ailə üzvlərindən AzadlıqRadiosuna bildirdiklərinə görə yazıçı sinəsindən və boynundan bir neçə bıçaq zərbəsi alıb. Hazırda xəstəxanadadır. Onlaın sözlərinə görə, Rafiq Tağını təcili cərrahiyyə əməliyyatına götürüblər. Həkimlər Rafiq Tağının həyatına təhlükə olmadığını bildirirlər.

Müxbirlərimiz hadisə yerindədirlər və daha ətraflı məlumat almağa cəh edirlər. Bizi izləyin.

İxtisasca həkim olan Rafiq Tağı Azərbaycanda tanınmış yazıçılardandadır. Onun publisistik yazıları dəfələrlə cəmiyətdə ciddi polemikalara səbəb olub.

2007-ci ildə isə işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər.

Yazıya görə İranda ayətullah Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.

Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, qəzetin redaktoru Samir Sədaqətoğlu isə 4 il müddətinə azadlıqdan məhrum edildmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxdmışdılar.
XS
SM
MD
LG