Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:54

İran ABŞ-ın casus təyyarəsinin videosunu yayıb


İranın dövlət televiziyası ABŞ-ın casus təyyarəsinin videosunu yayımlayıb. Rəsmçi Tehran iddia edir ki, təyyarə Əfqanıstan sərhəddi yaxınlığındakı əraziyə düşüb. Təsvirlərdə bir o qədər də zədələnməmiş RQ-170 təyyarəsi olub.

İnqilabi Qvardiyanın kosmik şöbəsinin rəhbəri general Ami Ali Hajizadeh deyib ki, İranın silahlı qüvvələri təyyarəni elektronikanın köməyi ilə aşağı salıb.

Eyni zamanda, İran mediası xəbər verir ki, Xarici İşlər Nazirliyi İsveçrənin Tehrandakı səfirini çağırıb və ona "ABŞ-ın pilotsuz təyyarəsinin ölkə ərazisinə daxil olması ilə bağlı kəskin etirazını" bildirib.

İsveçrə İranda ABŞ-ın diplomatik əlaqələrində vasitəçilik həyata keçirir.

NATO da bildirib ki, ötən həftə kəşfiyyat təyyarəsi Əfqanıstan üzərindən uçub, amma onunla əlaqə itib.

"The New York Times" isə yazır ki, pilotsuz təyyarə ABŞ-ın İranda nüvə sahəsinə aid müşahidə proqramının bir hissəsi olub.
XS
SM
MD
LG