Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:36

Bakıda yenə gecə vaxtı ev sökülüb (VİDEO)


Evləri sökülənlərlə polis arasında qarşıdurma
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

Səməd Vurğun 49 ünvanında yerləşən 3 mərtəbəli, 18 mənzildən ibarət ev sökülüb. Mənzillərindən köçməyən sakinlərlə polis arasında qarşıdurma yaranıb. 7 nəfər Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsini aparılıblar. Onlar 4 saatdan sonra buraxılıbl

-

21-ci polis bölməsində saxlanan 7 nəfərin hamısı 4 saat sonra buraxılıb. Özlərinin dediklərinə görə evlərinin qarşısında baş vermiş hadisə ilə bağlı onlara izahat yazdırıb azad ediblər.

Saxlanılanlardan biri olan Tural Abbaslının anası Başxanım Abbasova deyir ki, onlar alqı-satqı müqaviləsinə imza atıblar və pul hesablarına dekabrın 12-də köçüb. Ona görə də başqa ev alıb ora köçməyə vaxt tapmayıblar. Və bunun üçün onlara vaxt da verilməyib. Odur ki, evdəki əşyaları boşaltmağa vaxt tapmayıblar. Söküntü başlayanda isə evdən əşyalarını çıxarırmışlar.

BŞHİ-nin nümayəndəsi Zülfəli İsmayılov isə deyir ki, sakinlərə pul vaxtında verilib və bəziləri artıq evləri alıb köçüblər.

=+=+

Polis bölməsində saxlananların hamısı azad edilib.

Yaxın dəqiqələrdə ətraflı məlumatımız və video görüntülərimiz olacaq.

=+=+
Bakıda Səməd Vurğun küçəsi 49-da bina sökülməzdən az əvvəl
Bakıda Səməd Vurğun küçəsi 49-da bina sökülməzdən az əvvəl

Saxlananlardan Amid Süleymanov da buraxıldı. O, çölə çıxdıqdan sonra AzadlıqRadiosuna deyib ki, Tural Abbaslının ailəsinin evindən əşyaları çıxarmaq istəyərkən onlara zor tədbiq edilib.


=+=+

21-ci polis bölməsində saxlananlardan bir nəfər də azad edilib. O, Müsavat gənclər təşkilatının üzvü Rauf Məmmədovdur.

4 nəfər, ocümlədən Tural Abbaslının anası hələ də bölmədədir.

=+=+

Dekabrın 18-də axşam saatlarında Bakıda Səməd Vurğun küçəsi 49 ünvanda yerləşən binanın sökülməsi zamanı həmin binanın sakinləri ilə polis arasında qarşıdurma yaranıb. Musavat partiyasından verilən məlumata görə, sakinlərin bir çoxu evində ola-ola bina sökülməyə başlayıb. Həmin binad evi olan Musvatın fəallarından "2 aprel" məhbusu Tural Abbaslının qardaşı və anası saxlanaraq polis bölməsinə aparılıb.

Qrşıdurma zamanı Tural Abbaslının ailə üzvülərindən başqa Müsavat və AXCP gənclər təşkilatının 5-dən çox üzvünün də saxlandığı bildirilir.
Bakıda Səməd Vurğun küçəsi 49-da yerləşən bu bina dekabrın 19-da gecə sökülüb.
Bakıda Səməd Vurğun küçəsi 49-da yerləşən bu bina dekabrın 19-da gecə sökülüb.

Azadliq Radiosunun müxbirləri xəbər verir ki, 2 aprel mehbusu Tural Abbaslının anası və digər saxlanan 4 nəfər - Teymur Abbaslı və müxalifət fəalları olan gənclər Rauf Məmmədov, Tural Hacıbəyli, Amid Süleymanov hələ də 21-ci polis bölməsindədirlər. Saxlanan daha iki gənc isə azad edilib.

Bu binanın sakinləri neçə müddətdir evlərinin sökülməsi əvəzinə onlara verilən kompnesasiya ilə razılaşmayaraq, bir neçə aydır binanın sökülməsinə etiraz edirlər. Bakı şəhər İca Hakimiyyəti isə həmin ərazidə Qış Parkı salındığından məhkəmənin qərarı ilə sakinlərin köçürüldüyünü bildirir.

Binada yaşayan 11 ailə isə onlara ordersiz, keyfiyyətsiz mənzillər, yaxud sahəsi 60 kvadratmetrədək olan mənzillərin hər kvadratına 1500 manat təklif edildiyini bildirirlər. Daha böyük mənzil sahiblərinə isə mərkəzdən aralıda, Badamdarda və Keşlə bazarı yaxınlığında evlər təklif olunur. Şəhərin mərkəzində Heydər əliyev Sarayının yanındakı evlərinin hər kvadratmetrinin 4000 manat olduğunu deyən sakinlər onlara təklif olunan 1500 manatı qəbul etmirlər.
XS
SM
MD
LG