Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:36

Gələn ilin mümkün münaqişə ocaqları


Liviyada Milli Şuranın əsgərlərindən biri fəal döyüş əməliyyatları zamanı, 12 oktyabr 2011
Liviyada Milli Şuranın əsgərlərindən biri fəal döyüş əməliyyatları zamanı, 12 oktyabr 2011
-

foreignpolicy.com- gələn il dünyada harda müharibə olacağını “görməyə” çalışıb. Müəllif Louisa Arbour bu məqaləsində 10 bölgə nəzərdən keçirilib.

Arbour yazır ki, 2012-ci ildə hansı bölgələr müharibə ocağı ola biləcəyi sualı ilə Beynəlxalq Böhran Qrupuna müraciət edib və məlumatları birlikdə təhlil edəndən sonra 10 mümkün böhran ərazisini müəyyənləşdiriblər.

Müəllif əlavə edib ki, onlar tərtib etdikləri siyahıya Sudanı, Şimali Qafqazı və Dağlıq Qarabağı, o cümlədən Meksika və Nigeriyanı salmayıblar. Amma bu o demək deyil ki, həmin regionlardakı böhran artıq sovuşub. Az da olsa, həmin bölgələrdə gərginlik mənbələri qalır. Müəllif hesab edir ki, liderinin ölümündən sonra Şimali Koreyada da yeni münaqişə ocağı yarana bilər.

Beləliklə, Louisa Arbourun Beynəlxalq Böhran Qrupu ilə birlikdə müəyyənləşdirdiyi və 2012-ci ildə ehtimalı ən yüksək olan 10 mümkün münaqişə ocağı:

Suriyanın Homs şəhərində etiraz aksiyası iştirakçısı qaz balonunu qaytarıb polisin özünə atır, 27 dekabr 2011
Suriyanın Homs şəhərində etiraz aksiyası iştirakçısı qaz balonunu qaytarıb polisin özünə atır, 27 dekabr 2011

SURIYA
Suriyada və xaricdə çoxları hesab edirlər ki, rejimin başını təhlükə alıb. Ehtimal ki, qanlı qarşıdurma nəhayət sona çatacaq və prezident Bashar al-Assad postunu tərk edəcək.

Amma Suriya rejiminin də dünyada havadarları var və bu mənada proseslər məcrasından çıxa da bilər.



İran İnqilab Qvardiyası raketlərini nümayiş etdirir, Tehran, 22 sentyabr 2011
İran İnqilab Qvardiyası raketlərini nümayiş etdirir, Tehran, 22 sentyabr 2011

IRAN-ISRAIL
İranla İsrail Suriya böhranının təsirlərindən yan keçə bilsələr də nüvə məsələləri ilə bağlı toqquşmaları gözlənəndi. İrana qarşı bu il gücləndirilən sanksiyalar onun İsraillə münasibətlərinin kəskinləşməsinə təkan verə bilər.




Əfqanıstanda Taliban yaraqlıları, 14 oktyabr 2001
Əfqanıstanda Taliban yaraqlıları, 14 oktyabr 2001

ƏFQANISTAN
Beynəlxalq ictimaiyyət Əfqanıstana son on ildə təhlükəsizlik, iqtisadi inkişaf və humanitar yardım etsə də, bu ölkədə hələ də stabilliyə nail olunmayıb.

Bu il paytaxtda törədilən terror aktları, xarici səfirliklərə qarşı hücumlar, Talibanla sülh danışıqlarında vasitəçilik edən Burhanuddin Rabbanin qətli onu deməyə əsas verir ki, gələn il də Əfqanıstanda sakit keçməyəcək.

Burda da ölkə daxili təhlükəsizlik məsələləri ilə yanaşı hakimiyyət dairələrində səlahiyyətlərdən sui-istifadə və korrupsiya böhrana səbəb əsas amil kimi qiymətləndirilə bilər.

Pakistanın Əfqanıstanla sərhədində ABŞ əsgərləri əfqan sakinləri yoxlayırlar. 5 oktyabr 2011
Pakistanın Əfqanıstanla sərhədində ABŞ əsgərləri əfqan sakinləri yoxlayırlar. 5 oktyabr 2011

PAKISTAN
Pakistanla ABŞ-ın münasibətlər bu il daha da pisləşib. Amma Pakistana bəla xaricdən yox, ölkə daxilindən gəlir. Diktaturadan demokratiyaya keçid hələ də başa çatmayıb.

Radikal İslamçı qüvvələr hələ də ölkədə dominantdır və vaxtaşırı liberal siyasi liderlərə hücum edirlər. Pakistanın tezliklə böhrandan çıxacağına bir inam var, o da radikal islamçıların dəstəyinin kifayət qədər olmamağıdır.

Yəməndə prezident Ali Abdullah Salehin həbs olunmasını tələb edən şüarlar yazılmış plakatlar tutan aksiya iştirakçıları, 24 oktyabr 2011
Yəməndə prezident Ali Abdullah Salehin həbs olunmasını tələb edən şüarlar yazılmış plakatlar tutan aksiya iştirakçıları, 24 oktyabr 2011

YƏMƏN
Yəmən hakimiyyətin sülh yolu ilə dəyişəcəyi və ya zorakılıqlar baş verəcəyi ehtimallarının arasındadır. Prezident Ali Abdullah Saleh hakimiyyətin ötürülməsi üçün razılaşmanı imzalayıb, amma ölkədə bir çox siyasi, hüquqi, o cümlədən iqtisadi məsələlər öz həllini tapmayıb.

Gələn ilin müharibə ocaqları siyahısına Orta Asiya dövlətləri- Özbəkistan, Tacikistan və Qırğızıstan respublikaları da düşüb. Siyahıda Burindi, Konqo Demokratik Respublikası, Kenya-Somali, Venesuella, Tunis və Myanmar da var. Bu ölkələr regionda yaşanan gərgin problemlərə görə gələn ilin də münaqişə ocaqları sayılır.
XS
SM
MD
LG