Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:33

Naxçıvan nümayəndəliyi qarşısında etiraz aksiyası (VİDEO)


Naxçıvan nümayəndəliyinin qarşısında aksiya
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00
Direct-ə keçid
Dekabrın 30-u saat 12 radələrində bir qrup müxalifət fəalı Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi qarşısında aksiya keçirməyə cəhd edib. Etirazçılar AXCP fəalı, İctimai Palatanın Naxçıvan şöbəsinin üzvü Zeynal Bağırzadənin həbsinə etiraz ediblər.

«MƏQSƏD – NAXÇIVANDAKI MÜNASİBƏTİ DİQQƏTDƏ SAXLAMAQDIR»

Əllərində «Rədd olsun diktatura!» plakatları tutan etirazçılar «Naxçıvanda insan hüquqları təmin olunsun!», «Vasif Talıbov, diktatura rejiminə son qoy!» şüarları da səsləndiriblər.

Aksiya iştirakçısı, Zeynal Bağırzadənin qardaşı Yaşar Bağırsoy bildirdi ki, aksiyanı keçirməkdə məqsədləri Naxçıvanda baş verən qanun pozuntularını ictimaiyyətin diqqətinə çatdırmaqdır:

«Məqsədimiz Naxçıvandakı mövcud hakimiyyətin insanlara qarşı davranışını diqqətdə saxlamaqdır. Naxçıvanda insanlara siyasi baxışlarına görə təzyiq edirlər. Bugünkü aksiyanın əsas səbəbi dekabrın 26-da AXCP üzvü Zeynal Bağırzadənin həbsi və ona müvəqqəti saxlanma təcridxanasında işgəncə
verilməsidir».

Aksiya polis və mülkigeyimlilər tərəfindən dağıdılıb.

«CƏBHƏÇİNİN HƏBSİNƏ ETİRAZ ÜÇÜN GƏLMİŞDİK...»

Aksiyaçılardan Asəf Quliyev, Sahib Hüseynli, Orxan Carçıyev, Fuad HüseynliFaiq adlı şəxsi Nərimanov rayon Polis İdarəsinə aparıblar.

Buna baxmayaraq, AXCP sədrinin müşaviri Şakir Abbasov aksiyanın baş tutduğunu bildirdi:

«Polislər bizə imkan vermədilər aksiya keçirməyə. Gəlmişdik ki, Naxçıvan nümayəndəliyinə bəyanatımızı çatdıraq. Polis polkovniki bizə bildirdi ki, sizin fikirləriniz artıq nümayəndəliyin rəhbərinə çatdırılıb. Bizim aksiyamız artıq baş tutmuş sayılır».

NAXÇIVAN VƏ BAKI POLİSİ

Yaşar Bağırsoy isə AzadlıqRadiosuna müsahibəsində polisin davranışından heyrətləndiyini bildirdi:

​«Mən elə bilirdim ki, Naxçıvanda polislər çox qəddardır. Bu gün paytaxtdakı polislərin davranışından təəccübləndim. Mən elə bilirdim ki, tək Naxçıvanda qəddarlıq var, mərkəz daha yaxşı olar. Deyə bilərəm ki, Naxçıvandakı rejimlə buradakı rejimin qəddarlığı bərabərdir».

Polis idarəsinə aparılan aksiyaçılar bir saat saxlanıldıqdan sonra buraxılıblar.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Həsən Hacıyev bildirdi ki, nümayəndəliyin aksiyaya münasibəti ictimaiyyətin diqqətinə çatdırılacaq.

Dekabrın 26-da AXCP fəalı Zeynal Bağırzadə Naxçıvan şəhər Məhkəməsinin hökmü ilə 3 ay həbs cəzası alıb. O, CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2 (dələduzluqla külli miqdarda ziyan vurma) maddələri ilə ittiham olunur.

PROKURORLUQ ZEYNAL BAĞIRZADƏNİ DƏLƏDUZLUQDA GÜNAHLANDIRIR...

Naxçıvan MR Prokurorluğu AXCP üzvü Zeynal Bağırzadə barədə məlumat yayıb.

Dekabrın 30-da yayılan məlumatda prokurorluq Zeynal Bağırzadənin İstintaq Təcridxanasında təzyiqə məruz qalması haqda mətbuatda yer alan iddiaları qərəzli sayır.

Zeynal Bağırzadə saxta Çernobıl əlili statusu ilə 18 min 679 manat təqaüd və müavinət almaqda ittiham edilir. O, dekabrın 26-da həbs edilib.

Yaxınları isə Zeynal Bağırzadənin siyasi fəaliyyətinə görə həbs edildiyini deyir.
XS
SM
MD
LG