Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:33

Kremlin internet uğursuzluğu


Rusiyanın baş naziri Vladimir Putin prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda özü də internetdən istifadə etmək qərarına gəlib
Rusiyanın baş naziri Vladimir Putin prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda özü də internetdən istifadə etmək qərarına gəlib
Bir vaxtlar internetə kinayə ilə yanaşan Rusiyanın baş naziri Vladimir Putin prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda özü də internetdən istifadə etmək qərarına gəlib. Ancaq deyəsən bu qərar Rusiyanın baş naziri üçün elə də uğurlu olmayıb.

Yeni yaradılmış saytda Putinin seçki platforması yerləşdirilib. Saytda baş nazirin Putinin xizək sürəndə, hokkey oynayanda, balıq tutanda, ovda, at sürəndə çəkilmiş şəkilləri də yerləşdirib. Sayt göz oxşasa da gələn şərhlər heç də ürəkaçan olmayıb.

PUTİNDƏN BEZƏN İNTERNET İSTİFADƏÇİLƏRİ

Andrei Antoninko adlı internet istifadəçisi belə bir şərh yazıb: «Xahiş edirəm, siyasətdən gedin. Biz başa düşürük ki, hakimiyyət narkotik kimi bir şeydir. Ancaq sizin getməyiniz ləyaqətli addım olardı».

Arkady Vishnev adlı başqa biri isə yazıb ki, «Putinin namizədliyini geri götürməsi ölkə üçün edəcəyi ən faydalı iş olar».

Məşhur bloqqer Svetlana Sorokina isə yazdığı şərhdə Putini baş nazir postundan istefa verməyə və ölkədəki vəziyyəti inqilaba gətirib çıxarmamaq üçün seçki yarışından çəkilməyə çağırıb.

Başqa bir istifadəçi Mikhail Meshkov isə bunları yazıb: «Sizdən bezmişəm. 12 ildir sizə dözürəm. Hər şey eynidir. Əgər yenə siz seçilsəniz, mənim dostlarımın çoxu ölkəni tərk edəcək. Siz bunu istəyirsiniz? Mən istəmirəm. Mən normal ölkədə yaşamaq istəyirəm. Ona görə də nə qədər gec deyil rədd olub gedin».

Mənfi şərhlər qısa zamanda saytdan silinib. Bu şərhlər Putini tərifləyən, senzuranın tətbiq olunması, qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsinin dayandırılmasına çağıran şərhlərlə əvəz olunub. Ancaq bunların silinməsinə baxmayaraq, bloqqerlər mənfi şərhlərin əks olunduğu vaxtda saytın görüntüsünü
saxlaya biliblər.

Mənfi şərhlərin internet məkanında doğurduğu hay-küy baş nazirin seçki platformasını kölgədə qoyub. Bundan bir gün əvvəl isə Putin özünün ənənəvi taktikasından istifadə edərək dövlət məmurunu məzəmmət eləmişdi. Sonradan bu hərəkəti qınaq obyektinə çevrilmişdi.

İNTERNETDƏN BAŞI ÇIXMAYAN PUTİN VƏ KOMANDASI

Bloqqer Aleksei Navalny ilə mühacirətdə olan oliqarx Boris Berezovskynin xoşagəlməz şəkli dərc olunmuşdu
Bloqqer Aleksei Navalny ilə mühacirətdə olan oliqarx Boris Berezovskynin xoşagəlməz şəkli dərc olunmuşdu
Kremlin internetlə bağlı bu cür uğursuzluğu bundan əvvəl də olub. Prezident Dmitry Medvedev dekabrın 4-də keçirilən parlament seçkilərindən sonrakı etiraz aksiyalarına «Facebook» səhifəsində münasibət bildirərkən ünvanına çoxsaylı mənfi şərhlər almışdı.

Rusiya xüsusi xidmət orqanlarına bağlı olduğu iddia edilən Lifenews.ru saytı müxalifət lideri Boris Nemtsovun telefon danışıqlarını yaymışdı. Həmin danışıqda Nemtsov öz müxalifət yoldaşlarını tənqid edir, bir çox hallarda isə qeyri-etik ifadələr işlədirdi. Bunu yaymaqda məqsəd müxalifət liderləri arasında ixtilaf yaratmaq idi. Ancaq buna nail olunmadı. İnternetdə çox fəal olan müxalifət mövzuya nəzarəti qısa müddəti ələ aldı. Mövzunu hökumətin telefon danışıqlarını qanunsuz dinləməsinə yönəldə bildi.

Ötən həftə isə Yekaterinburg qəzetində bloqqer Aleksei Navalny ilə mühacirətdə olan oliqarx Boris Berezovskynin xoşagəlməz şəkli dərc olunmuşdu. Bloqqerlər tezliklə bunun fotoşopla hazırlanmış saxta şəkil olduğun üzə çıxartdılar. Navalnynın tərəfdarları şəklin orijinalı yerləşdirdilər. Əslində bu şəkil milyarder Mikhail Prokhorovla çəkilmişdi.

Navalny «New YorkTimes» qəzetinə müsahibəsində demişdi ki, Putin və komandasının internetdən başı çıxmır. Belə görünür ki, onlar yaranmış yeni siyasi mühiti də dərk edə bilmirlər.
XS
SM
MD
LG