Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:27

Strasser: «Gəlsəm də, gəlməsəm də siyasi məhbuslarla bağlı hesabatı hazırlayacam»


Christoph Strasser
Christoph Strasser
.
...Mandat onda iflasa uğrayır ki, hesabat rədd edilir...

...Növbəti addım kimi Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər üzrə Komitəsinin iclasında dinləmələr keçiriləcək...

...Mən Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinə siyasi məhbus olduğu deyilən təqribən 70 nəfərdən ibarət siyahı təqdim etmişəm. İndi onlar...



Təxminən 2 ildir ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vəziyyəti araşdırmaq üçün xüsusi məruzəçisi təyin edib. Amma bu vəzifəyə seçilən Christoph Straesser-in Azərbaycana səfəri heç cür baş tutmur. Səbəbləri və növbəti addımları haqqında onun özünün Azadlıq Radiosuna eksklüziv müsahibəsində dedikləri.

- Cənab Straesser, necə düşünürsünüz, nəhayət ki siyasi məhbuslar üzrə xüsusi məruzəçi missiyanızı həyata keçirərək Azərbaycana səfər edə biləcəksinizmi?

- Azərbaycana səfər edib-etməyəcəyimi deyə bilmərəm. Ona görə yox ki, mənə səfərə getmək tövsiyə edilməyib. Ona görə ki, Azərbaycanın özündən mənə rəsmi dəvətnamə gəlməyib və səfər üçün vacib olan viza verilməyib. Mən həmişə fikrimi aydın şəkildə ifadə etmişəm: mən mandatımı həyata keçirmək niyyətindəyəm və hərtərəfli şəkildə, faktlara əsaslanmaqla hesabat hazırlayacağam. Əgər Azərbaycan nümayəndə heyəti əməkdaşlığa gedəcəksə, hesabatı Azərbaycana səfər etməklə hazırlayacağam. Amma Azərbaycana gedə bilməyəcəyəmsə, nə qədər məyusedici hal olsa da, yenə də hesabatı hazırlayacağam. Bütün hallarda missiya həyata keçirilməlidir. Növbəti addım kimi Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər üzrə Komitəsinin iclasında dinləmələr keçiriləcək. Həmin dinləmələrdə Azərbaycandan olan mülki cəmiyyət nümayəndələri iştirak etməklə yanaşı Azərbaycan hakimiyyətinin mövqeyi də ifadə olunacaq.

- Cənab Straesser, Azərbaycana səfər etməyinizə konkret olaraq nə mane olur və sizcə, belə vəziyyət nə qədər davam edə bilər?

- Mən viza üçün bir neçə dəfə müraciət etmişəm. Bu müraciətlərin birinə mənfi cavab verilib. Qalan iki müraciətimə isə, ümumiyyətlə, cavab almamışam. Məruzəçilərin namizədliyi Komitə üzləri arasından seçilərək irəli sürülür və səsvermə yolu ilə təsdiqlənir. Onlar öz hesabatlarını Avropa Şurasının qaydalarına uyğun
Avropa Şurası Parlament Assambleyası
Avropa Şurası Parlament Assambleyası
olaraq Komitə Katibliyinin dəstəyilə hazırlayırlar və bu, haqqında hesabat hazırlanan üzv ölkə ilə əməkdaşlıq şəraitində reallaşır. Prosesin vacib elementi kimi məruzəçiyə hesabat hazırlayacağı ölkənin nümayəndə heyəti tərəfindən dəvətnamə təqdim edilir. Bu ondan ötrü edilir ki, məruzəçi “fakt-araşdırıcı” missiya vasitəsilə ölkədəki vəziyyətlə yerində tanış olsun, bütün müvafiq dövlət srukturları, eləcə də digər qurumlarla danışıqlar aparsın. Dəfələrlə müraciət etməyimə baxmayaraq mənə hələ də dəvətnamə təqdim edilməyib. Mən bunun nə vaxt ediləcəyi, yaxud ümumiyyətlə, edilib-edilməyəcəyi ilə bağlı proqnoz verə bilmərəm. İndiki halda növbəti addımımız Strasburqda dinləmələr keçirmək olacaq. Mən Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinə siyasi məhbus olduğu deyilən təqribən 70 nəfərdən ibarət siyahı təqdim etmişəm. İndi Azərbaycan hakimiyyətinin həmin şəxslərin işləri ilə bağlı şərh vermək imkanı var.

- Cənab Straesser, sizi tənqid edənlər bildirir ki, məruzəçi kimi missiyanız iflasa uğrayıb. Belə tənqidlərə münasibətiniz necədir?


- Mən Azərbaycana səfər etmək üçün ard-arda cəhdlər etmişəm. Doğrusu, bu mandatla bağlı vəziyyət nadir hal sayıla bilər. Adətən, məruzəçilər hesabat hazırlayacaqları ölkələrə problemsiz gedirlər. Bu mandatın həyata keçirilməsi üçün cəhdlərə bu qədər vaxt sərf edilməsi də nadir haldır. Son vaxtlar mandatın məqsədi haqqında daha az müzakirələr aparılıb, çünki, təəssüflər olsun ki, davamlı şəkildə yeni-yeni texniki məsələlər ortaya çıxarılıb. Buna baxmayaraq Komitə bir neçə dəfə mənim mandatımı yenidən təsdiqləyib. Mən Azərbaycanın fəal mülki cəmiyyət nümayənələri arasında narazılıq əhval-ruhiyyəsini anlayıram. Buna baxmayaraq mən mandatımın iflasa uğraması haqda tənqidləri qəbul etmirəm. Belə tənqidlər heç də mandatın yerinə yetirilməsi işini asanlaşdırmır. Ayrı-ayrı qurumlar digər yollar axtarmaqdansa diqqəti mandatın dəstəklənməsinə yönəltsələr, daha yaxşı olar. Mandatın məqsədi siyasi məhbuslarla bağlı hesabat hazırlamaqdır. Azərbaycana səfər faydalı olardı, amma bu, mandatın uğurlu olub-olmadığını müəyyən edən yeganə faktor deyil. Mandat onda iflasa uğrayır ki, hesabat rədd edilir. Mən bütün tərəflərlə danışıqlara hazıram. Amma eyni zamanda bütün tərəflər də mənimlə danışıqlara və əməkdaşlığa hazır olmalıdır. Əks halda Avropa Şurası Parlament Assambleyası vəziyyət haqqında özü qərar verməlidir. Hər bir mandat dəyərlərlə bağlı məsələdir və Parlament Assambleyasının rəhbərliyi bunu unutmamalıdır.
XS
SM
MD
LG