Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:30

Mixail Proxorov: Mən Putinin adamı deyiləm


Mixail Proxorov
Mixail Proxorov
Mixail Proxorov. 1965-ci ildə Moskvada doğulub. Milyarder, Rusiyada prezidentliyə namizəddir. 2011-ci ildən «Haqq işi» Partiyasının sədridir.

Onun AzadlıqRadiosunun rus redaksiyasına müsahibəsindən:

- Mən prezident olsam, prezidentin və baş nazirin keçməsi üçün yollarda hərəkətin dayandırılmasını qadağan edəcəm. Məhz prezident və baş nazir öz işini şəhərimizin rejiminə uyğun qurmalıdırlar, nəinki əksinə. Onların belə bir imkanı var.

- Prezident seçkilərində iştirak etmək barədə nə zaman qərar verdiniz?

- 24 sentyabrda, «Vahid Rusiya» Partiyasının əcaib qurultayından dərhal sonra.

- Oktyabrın əvvəlində Beynəlxalq Universitetin tələbələri ilə görüşdə demişdiniz ki, siyasətə mart ayında keçiriləcək prezident seçkisindən sonra qayıdacaqsınız.

- Mən hazırlaşırdım. Amma bu barədə eyham vurmaq belə istəmirdim. Apardığın işin sakit, diqqəti çəkmədən getməsi mənim üçün vacib idi. Çünki məni dayandırsaydılar, lazım olan qədər imza toplaya bilməyəcəkdim.

- Yəni Siz öz dostlarınızı-prezidenti, baş naziri və başqalarını aldatmaq istəyirdiniz?

- Mən heç vaxt aldatmaq istəməmişəm və yalan da deməmişəm. Mən sadəcə, bu barədə öz fikirlərimi sona qədər danışmadım.

- O zaman Siz dediniz ki, «Rusiyaya dəyişikliklər lazımdır. Bunun üçünsə lazımı şərait yetişməlidir. Amma hələ ki, bu şərait yetişməyib». Bəs nə baş verdi?

- Bu məsələdə mən bir qədər yanılmışam. Şərait yetişib. Sentyabrın 24-dən sonra aydın oldu ki, bu şərait sürətlə yetişir. Məlum deyildi ki, vətəndaşların küçələrə çıxması üçün nə qədər vaxt lazım olacaq. Deməli, təhqir o qədər güclü oldu ki, məsələni həll etdi və insanlar mənim ehtimal etdiyimdən xeyli tez küçələrə axışdı. Mən həmişə çağırışı öz üzərimə götürürəm. Mən çox şadam ki, belə çağırışlara cavab vermək
Rusiyada etiraz aksiyası, 24 dekabr 2011
Rusiyada etiraz aksiyası, 24 dekabr 2011
imkanım var.

- Bəs Putin telefon açıb seçkilərdə iştirakınızı xahiş etməyib Sizdən?

- Mən hətta bu əfsanəni kimin yaydığını da bilmirəm.

- Gözəl əfsanədir, deyilmi?

- Yaxşı əfsanədir. Amma yarışdan kənarlaşdırma imkanına malik, nüfuza vurulan yaxşı da zərbədir. Belə bir zəng heç vaxt olmayıb.

- Ərizəni necə təqdim etdiniz? Belə versiya var ki, ərizəniz MSK-da köhnə tarixlə peyda olub.

- Yenə də tam cəfəngiyat. Mən ayın 8-də sakitcə qeydiyyata alınmışam. Bu, sonuncu gün idi.

- Siz özünüz ora getdiniz?

- Mən ora öz təmsilçimi göndərdim, bu, mümkündür. Ərizəni apardım, qeydiyyata saldırdım. Ayın 8-nə qeyd olunmuş paket idi. Hər şeyi qanun çərçivəsində etmişəm. Mən işimi gözlənilməzlik effektinə hesablamışdım və o, tam olaraq özünü doğrultdu.

- «Putin getməlidir!» şüarına necə baxırsınız?

- Problem ondadır ki, biz daim hansısa ağ-qara variantının üzərində dayanırıq - ya hə, ya yox. Ölkənin inkişaf etməsi üçün onun eyni zamanda Akuninin, Navalnının, Putinin, Proxorovun ölkəsi olması vacibdir. Biz danışmağı bacarmalıyıq. Hansımızın haqlı, hansımızın günahkar olduğumuzu isə şəffaf, ədalətli seçkilər həll etməlidir.

- Bəs Mironov və Züqanovun ölkəsi ilə nə etməli? Axı çoxları solçulara səsini etiraz hissindən verməyib.

- Bu, tamamilə doğrudur və ona görə də siyasi sistemi modernləşdirmək lazımdır.
Mixail Proxorov prezident seçkisində iştirak etmək üçün topladığı imzaları MSK-ya təqdim edir, 18 yanvar 2012
Mixail Proxorov prezident seçkisində iştirak etmək üçün topladığı imzaları MSK-ya təqdim edir, 18 yanvar 2012
Rəqabət ora qayıtmalıdır. İnsanların seçmək hüququ olmalıdır. Bununla da hakimiyyətə inam qayıdacaq.

- Kommunistlər və sosialistlər bu sistemdə fəaliyyət göstərirlər. Məncə, orada yalnız liberallar və millətçilər çatışmır.

- Mən hesab edirəm ki, bu üç partiya – RLDP, kommunistlər və «Ədalətli Rusiya» - bunlar Kremlin partiyalarıdır. Hərəsi öz sahəsində işini görür, gedib Kremlə hesabat verir, müəyyən tapşırıqlar alır və onu kifayət qədər uğurla yerinə yetirirlər. Mən «Haqq işi»nə rəhbərlik etmək barədə qərar verəndə, Kremlin belə bir sıxıntısını öz üzərimdə hiss etdim.

- İndi «Haqq işi»nın məsələn, Dövlət Dumasında fraksiyası olsaydı, daha asan hərəkət edə bilərdinizmi?

- Bütün hallarda mandatımı təhvil verməli olardım. Çünki məncə, bu Dövlət Dumasında işləmək düz deyil.

- Qayıdaq «Putin getməlidir!» şüarına. Hər halda, mən başa düşmədim. Sizcə o, getməlidir, ya getməməlidir?

- Putin mənim rəqibimdir. Ona görə də getməli və ya getməməli olduğunu demək o qədər düz deyil. Biz şəffaf və ədalətli seçkiləri təmin etməliyik və qoy kimin getməli, kimin gəlməməli olduğunu ölkə özü seçsin.

- Ötən dekabr ayında biz qanunların necə işlədiyini və onlara necə əməl olunduğunun nəticələrini gördük. Mövcud qanunvericilik şəraitində şəffaf və ədalətli seçkiləri təmin etmək mümkündürmü?

Rusiyada parlament seçkiləri, 4 dekabr 2011
Rusiyada parlament seçkiləri, 4 dekabr 2011
- Bunu etmək çətindir. Amma mümkündür. Elə etmək lazımdır ki, seçkilərin ilk dəqiqələrindən son dəqiqələrinə, məlumatların ümumi sistemə yerləşdirilməsinədək müşahidəçilərin nəzarəti təmin olunsun. İkiqat protokollar peyda olmasın. Bax, bunu etmək olar. Onda heç bir kamera onları xilas edə bilməz. Hesab edirəm ki, biz sadəcə 14 milyardı zibil qutusuna atırıq. Bunu etmək lazım deyil. Bütün müşahidəçilərə seçkilərin hər mərhələsinə nəzarət etmək imkanı yaratmaq lazımdır. Milyonlarla adam gəlsə, seçki komissiyalarına müxtəlif səviyyələrdə ictimai təzyiq olacaq. Bax, onda biz hamının gözlədiyi ən ədalətli seçkiyə nail olacağıq.

- Qanunların sayı və hər cür qaydalar, eləcə də ictimai təzyiq müşahidəçiləri qovmaqda heç kimə mane ola bilmədi. Bu, çox rahatca yenidən təkrarlana bilər. Sistem ki, dəyişməyib, düzdür?

- Məncə indi əsas məsələ prezident hakimiyyətinin legitimliyindən asılı olacaq. Bunu hamı yaxşı başa düşür. Əlbəttə ki, seçkiləri udmaq olar. Amma bizim vətəndaşlar, ictimaiyyət bu seçkiləri ədalətli saymasa, işləmək çox çətin və ağır olacaq... Dünyada gedən dəyişikliklər fonunda tam zəruri olan dəyişiklikləri həyata keçirmək üçün vətəndaşların inamına söykənən siyasi reytinq lazımdır.
XS
SM
MD
LG