Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:27

ABŞ və Gürcüstan prezidentləri Azad Ticarət sazişini müzakirə ediblər


ABŞ prezidenti Barack Obama və Gürcüstan prezidenti Mikheil Saakashvili
ABŞ prezidenti Barack Obama və Gürcüstan prezidenti Mikheil Saakashvili
ABŞ prezidenti Barack Obama və Gürcüstan prezidenti Mikheil Saakashvili Ağ evdə görüş zamanı azad ticarət əlaqələrini və təhlükəsizlik üzrə əməkdaşlığı müzakirə edib.
Obama deyib ki, Tbilisi ilə Azad Ticarət Razılaşması mümkündür və hər iki ölkə üçün uğurlu ola bilər.
Saakaşvili isə bildirib ki, azad ticarət sazişi bir dövlət kimi Gürcüstanın inkişafına təkan verə bilər.
Obama vurğulayıb ki, ABŞ Gürcüstanın NATO-ya qoşulmaq istəyini dəstəkləyir və Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvələrinin Əfqanıstandakı missiyasına verdiyi töhfəyə görə təşəkkür edir. ABŞ prezidenti Tbilisini «NATO-ya kənardan daha çox töhfə verən» ölkələrdən biri kimi qiymətləndirib.
Bu ilin may ayında NATO-nun Çikaqoqda Qafqaz dövlətlərinin bu quruma üzvlük məsələlərini müzakirə edəcəyi gözlənir.
XS
SM
MD
LG