Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Bəxtiyar Hacıyevlə bağlı Hillary Clintona müraciət edilib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Harvard universitetinin 500-dən çox tələbə və müəllimi ABŞ dövlət katibi Hillary Clintona Azərbaycan prezidenti İlham Əliyevi Bəxtiyar Hacıyevi dərhal və qeyd-şərtsiz azad etməyə çağırmaq üçün müraciət ediblər.
Bununla da Amnesty İnternational və Human Rights Watch-un ardınca Harvard icmasının üzvləri Bəxtiyar Hacıyevin həbsi ilə bağlı narahatlığını ifadə edib.
Amnesty İnternational 2011-ci ilin noyabrında Bəxtiyar Haclyevi vicdan məhbusu elan edib. Təşkilat bildirib ki, «o yalnız öz fikirlərini dinc şəkildə ifadə etdiyinə görə, həbs olunub». Human Rights Watch təşkilatı isə 2012-ci il hesabatına Bəxtiyar Hacıyevin adını daxil etmişdi.
«Biz Harvardda oxuyanda təhsilimizin əsas məqsədi ictimai marağı təbliğ etməyə yönəlmişdi. Bəxtiyar da öz həyatını Azərbaycanda demokratiyanın inkişafına həsr edib», deyə 2009-cu ildə Harvardda Bəxtiyar Hacıyevin qrup yoldaşı olmuş Rob Ness bildirib. «Bizim tərəfdaşlığımız demokratiya, insan haqları və fərqli fikir azadlığına qarşılıqlı sadiqliyimizə əsaslanmalıdır».
Bundan əvvəl də Harvard məzunları Bəxtiyar Hacıyevin azad olunması ilə bağlı prezident İlham Əliyevə müraciət etmişdilər.
Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs olunub. O hərbi xidmətdən yayınmaqda ittiham olunaraq 2 il azadlıqdan məhrum edilib. Bəxtiyar Hacıyev həbsinin siyasi sifariş olduğunu bildirir.
XS
SM
MD
LG