Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:41

CNBC-nin müxbiri Bakıda gördüklərini bu cür təsvir edir


Arxiv foto - Maştağa yaxınlığında neft buruğu.
Arxiv foto - Maştağa yaxınlığında neft buruğu.

Bakıya səfərindən bəhs edən ABŞ-ın CNBC telekanalının əməkdaşı yazır ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazanandan bu yana ABŞ-la yaxşı münasibətləri var. Bu, Xəzərin sahilində yerləşən və milyon tonlarla neft istehsal edən bir ölkədir. ABŞ-ın əsas neft şirkətlərinin əksəriyyəti bu ölkədə işləyir.

Müəllif yazır ki, Azərbaycanda çalışan ABŞ rəsmiləri adətən ciddi bir dilemma qarşısında qalırlar: “WikiLeaks saytının yazdığına görə 2009-cu ildə Bakıda işləyən yüksək vəzifəli bir diplomat ABŞ-la Azərbaycan arasında münasibətləri “strateji cəhətdən önəmli, amma həm də ABŞ-ın maraqları ilə dəyərləri arasında seçim zərurəti yaradan əlaqələr” adlandırmışdı.”

Müəllif qeyd edir ki, 2003-cü ildə atasının vəfatından sonra hakimiyyət başına gələn İlham Əliyevin ailəsi dünyanın müxtəlif ölkələrində milyonlarla qiyməti olan mülklərə sahibdir: “ABŞ təbii ehtiyatlarla zəngin, amma korrupsiya və insan haqları pozuntularında ittiham olunan ölkələrlə əməkdaşlıq etməlidirmi? Bu suala birmənalı cavab verən yoxdur. Bakıda işləyən rəsmilər deyirlər ki, burada kimdənsə bir şey istəyəndə həmişə problem yaranır və həmişə dilemmalar var. Sənin bu dielmmalarda davranışın çox önəmlidir.”

ABŞ-ın CNBC telekanalı beynəlxalq miqyaslı korrupsiya, çirkli pulların yuyulması, vergidən yayınma barədə araşdırmasını yayacaq. Azərbaycanın da adı hallanan və “Çirkli zəngin” adlı bir saatlıq sənədli film Bakı vaxtilə fevralın 24-ü səhər saat 9-da efirə gedəcək.
XS
SM
MD
LG