Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:47

Polis sakinləri zorla evindən çıxardı [Video]


Evləri sökmək üçün sakinləri polis gücünə çıxarırlar
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00
Direct-ə keçid

Evləri sökmək üçün sakinləri polis gücünə çıxarırlar

Fevralın 28-də Bayıl qəsəbəsi, Aqil Quliyev 4 ünvanındakı sonuncu binanın sakinlərinin köçürülməsinə başlanıb. Həmin ünvanda 3 ailə qalmışdı. Hadisə yerində olan müxbirimiz bildirir ki, Çevik Polis Alayının əməkdaşları sakinləri mənzillərindən zorla çıxardıblar.

Jurnalistlər də ərazidən kobud şəkildə kənarlaşdırılıb. Sakinlər arasında vəziyyəti pisləşən olduğundan əraziyə təcili yardım maşını gəlib.

Sakinlər evdən uzaqlaşandan sonra mənzillərin uçurulmasına başlanılıb. Bundan sonra saxlananlar buraxılıb.

MƏHKƏMƏ QƏRARINDA NƏ DEYİLİR?

N saylı hərbi hissə Səbail rayon Məhkəməsində Bayıl qəsəbəsi, Aqil Quliyev 4 ünvanında yaşayan hərbçi ailələrinin yaşadıqları evlərdən çıxarılması və evlərinin sökülməsinə dair iddia qaldırıb.

Məhkəmə bu il yanvarın 30-da qərar çıxarıb ki, sakinlər evdən çıxarılsın, 10 min manatla təmin edilsin. Hərbçilər üçün Lökbatanda yeni tikilən binalar hazır olana kimi Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarla aylıq kirayə pulu ilə təmin edilsin.

Sökülən evlərdə yaşayan hərbçilər Emil və Svetlana Əzizovanın hüquqlarını müdafiə edən hüquqşünas Ziya Quliyev deyir ki, sakinlər artıq apellyasiya şikayəti veriblər. Məhkəmə prosesi hələ davam etdiyinə görə onların evlərindən polis gücünə çıxarılması qanunsuzdur.

Bayıl qəsəbəsində hərbçi ailələrinin evləri Bakı-Ələt yolunun yenidən qurulması ilə əlaqədar sökülür. Nazirlər Kabinetinin sərəncamı ilə bu yolun yenidən qurulması və təmirinə 65 milyon manat pul ayrılıb.
XS
SM
MD
LG