Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:25

Bəxtiyar Hacıyevə 500 imza toplanıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev üçün toplanmış 500 imzanı Avropa liderlərinə göndəriblər. «Bəxtiyarın azadlığı üçün Avropa Komitəsi»nin yaydığı məlumata görə, imzatoplamada məqsəd Avropanın Azərbaycan hökumətinə təsir göstərməsi üçündür.

Müxtəlif şəbəkələrdən olan bu gənclər Avropa Liderlərinə göndərdikləri məktubda onları Bəxtiyar Hacıyevin azad edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinə çağırış etməyi xahiş edirlər:

«Biz aşağıda imza edənlər, dünyanda güclü demokratik dəyərlərin daşıyıcısı olan siyasi qüvvənin təmsilçisi kimi sizləri Bəxtiyar Hacıyevin azad edilməsi üçün Azərbaycan Prezidentinə təsir etməyə səsləyirik».

2011-ci il mayın 18-də Gəncənin Nizami Rayon Məhkəməsinin hakimi gənc fəal Bəxtiyar Hacıyev barəsində 2 il azadlıqdan məhrum etmə qərarı çıxarıb. O, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə ittiham olunur. Amma özü və vəkilləri əslində onun əslində internetdə müxalifət mövqeli fəaliyyətinə görə təqiblərə məruz qaldığını bildirirlər.
XS
SM
MD
LG