Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:44

Rəsul Quliyev Quba aksiyaları və seçkilər barədə


Rəsul Quliyev
Rəsul Quliyev
- Müsahibənin 1-ci2-ci hissəsini burada oxu


Mart ayının 17-də hökumət qüvvələri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) arasında yaşanan silahlı qarşıdurmanın 17 ili tamam oldu. O hadisələr barədə AzadlıqRadiosunun suallarını o vaxt parlamentin sədri olmuş, hazırda mühacirətdə yaşayan Rəsul Quliyev cavablandırıb. Eks-spikerlə həmin müsahibənin son dövrlərə aid olan üçüncü-sonuncu hissəsini təqdim edirik:


«REJİMİN EROZİYASI BAŞLAYIB»

Rəsul müəllim, Quba rayonunda baş verən kütləvi etiraz aksiyasından xəbəriniz var. Bu məsələyə sizin münasibətinizi bilmək maraqlı olardı.

– 1995-ci ilin mart hadisələrindən sonra, dövlətçiliyin əvəzinə Heydər Əliyev diktaturası yaradıldı. Yəni onun diktaturasının tarixi mart ayından başlayır. Həmin vaxtdan start götürüb bu diktatura. Marta qədər Heydər Əliyev bir qədər ehtiyatlanırdı. Çünki müxalif silahlı qüvvələr hələ var idi. Amma martdan sonra əlbəttə ki, onun qarşısındakı bütün baryerlər dağıldı və Heydər Əliyev həmin o diktatura rejimini yaratdı.

Artıq 1996-cı ildən yaranmış bu diktatura rejimi 16 ildir davam edir. İndi isə o rejimin eroziyası başlayır. İndi həmin o diktatura rejiminin köməksizliyi ortaya çıxır. Biz yenidən 1988-93-cü illərin vəziyyətinə qayıdırıq. Mən sizi əmin edirəm ki, bax bu Quba hadisələri Azərbaycan tarixində yenə də həmin ssenari ilə inkişaf edəcək. Yəni o dediyim hökumətin köməksizliyindən yaranan xaos ssenarisi ilə.

– Həmin ssenarinin qarşısını hansı yolla almaq mümkündür?

– Əgər tez bir zamanda Azərbaycanda siyasi və iqtisadi islahatlar həyata keçirilməsə, bunun qarşısını heç cür almaq mümkün olmayacaq.


SİYASİ VƏ İQTİSADİ İSLAHATLAR OLMALIDIR

– Bu islahatları necə görürsünüz?

Quba, 1 mart 2012
Quba, 1 mart 2012
Siyasi islahatlar aydındır. Demokratik seçkilər olmalı, dövlətin üç müstəqil qolu yaranmalıdır. Özü də bu, mütləq yerinə yetirilməlidir. Yarımçıq yox. Ümumiyyətlə yarımçıq demokratiya heç bir işə yaran şey deyil. Sözün əsl mənasında demokratiya yaranmalıdır. Bu, ilk növbədə dediyim siyasi islahatlardır. İqtisadi islahatlar barədə danışmaq uzun çəkər. Qısaca onu deyə bilərəm ki, bu iqtisadi islahatlar ölkədə olan korrupsiya və rüşvətə son qoymalıdır. Əks halda dediyim kimi, artıq Quba hadisələri ilə hökumətin köməksizliyindən əmələ gələcək xaosa start verilib.

– Və nəhayət 2013-cü ilin prezident seçkiləri barədə soruşmaq istəyirik. Namizədliyinizi vermək barədə qəti qərara gəlmişsiniz? ya hələ də yox?

– Bilirsiniz, düşünürəm ki, dediyim o siyasi və iqtisadi islahatları bu gün Azərbaycanda hamıdan yaxşı həyata keçirə bilərəm. Daha doğrusu buna əminəm.

– Amma başqaları da buna əmin olmalıdır axı.


«DEBATA ÇIXAQ»

– Tutaq ki, hökumətin buna şübhəsi var. Demək istəyir ki, sözdür də danışıram. Mən razıyam. Prezidentləri iyirmi nəfər- kimi istəyir, başbilənlərini yığsın, başda özü olmaqla, mən də tək, debata çıxaq. Onlar desinlər Azərbaycanın gələcəyini necə görürlər, nə edəcəklər, mən də deyim. Əgər onlar debatı qazansalar, mən namizədliyimi vermərəm.

– İndi hələ ki, debatı qazanmayıblar, belə bir debatın olacağından da olmayacağı daha realdır. Namizədliyinizi verəcəksiniz?

– Elə ona görə də əlbəttə mən namizədliyimi verməyə cəhd edəcəyəm. Çünki, düşünürəm ki, ömrümün artıq qüruba gedən bu çağında mən hələ Azərbaycan xalqı qarşısında öz borcumu verib qurtarmamışam.

– Amma səsiniz heç də qüruba gedən ömürdən gələn səsə oxşamır.

– Yox, bilirsiniz, mən yaşlı olmağına yaşlıyam. Amma fikirlərim qocalmayıb.
XS
SM
MD
LG