Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:47

Vətən martda tapdığı övladını elə həmin ayda da itirdi


Rafiq Babayev cavanlığında
Rafiq Babayev cavanlığında
19 mart 1994-cü il...

O, studiyadan çıxıb Bakı metrosunun «20 yanvar» stansiyasına daxil oldu.

Gərgin çalışmadan sonra şəhərin mərkəzinə - evinə, ailəsinə, balalarına çatmaq istəyirdi.

Burda qeyri-adi nə var ki? Biz hamımız hər gün metroya düşmürükmü?

Amma bu qatar mərkəzə çatmadı…

... Terrorun tüğyan etdiyi dönəmdə (1937) və gündə (31 mart) dünyaya gələn bu adam 58 il sonra metro qatarında törədilən terror aktında həyatını itirdi.

Terror onun həyatının lap əvvəlinə və lap sonuna qorxunc damğasını vurdu.

Vətən mart ayında tapdığı övladını elə həmin ayda da itirdi.

Azərbaycan ustad pianoçu Rafiq Babayevsiz qaldı…

AzadlıqRadiosunun «İz» proqramı bu həftə doğulduğu və dünyasını dəyişdiyi ayda bir daha Rafiq Babayevi anır.

PROQRAMI DİNLƏ

«Vida mahnısı» adlandırdığımız verilişdə Rafiq bəyi ən yaxın dostlarının dilindən tanıyacaqsınız.

Onun usta çalğısını eşidəcək, onunla birgə «Əlvida» söyləyəcəksiniz:

Görüşdük nə çətin, ayrıldıq nə asan…
Hardasan, həyatım, varmısan, yoxmusan?!
Mən səni izlədim, günah tək gizlədim,
Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim…

Əlvida o günlər, ulduzlu gecələr, əlvida,
Ömrümdən nə qaldı vəfasız dünyada?...


Bu «İz»i qaçırmayın.
XS
SM
MD
LG