Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:45

«Eurovision»da «Ana» mahnısı oxunacaq


Arxiv foto
Arxiv foto
Finlandiyanın «Eurovision 2012» təmsilçisi Pernilla Karlssonun «Bakı Kristal Zalı»nda ifa edəcəyi mahnı ilə bağlı maraqlı faktlar açıqlanıb.

Xəbəri «Eurovision.az» saytı yayıb.

Finlandiyanın «Eurovision» Mahnı Müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Maija Aho adıçəkilən sayta açıqlamasında bildirib ki, müəlliflər Pernilla və onun qardaşı «När Jag Blundar» mahnısını analarına həsr edib.

«Müəlliflər mahnını məxsusi «Eurovision» üçün deyil, anaları üçün yazıblar»- deyə Maija Aho bildirib.

Nümayəndə heyətinin rəhbəri İsveç dilində yazılan bu mahnının çox təsirli olduğunu deyib.

Xatırladaq ki, Pernilla Karlsson 1990-cı il iyunun 11-də doğulub.

22 yaşlı müğənni Finlandiyanın həndbol üzrə yığma komandasının üzvüdür.

Onun həyatında başlıca yeri idman və musiqi tutur.

Pernilla Karlsson «När Jag Blundar» («Gözlərimi yumarkən») mahnısı ilə Finlandiyanın Milli Finalının qalibi olub.

Bununla da o, Avropanın ən populyar televiziya şousunda ölkəsini təmsil etmək şansı qazanıb.

Finlandiya təmsilçisinin mahnısını burdan izlə:

XS
SM
MD
LG