Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:54

Rasim Qaraca. Yeni şeirlər


.
Rasim Qaraca


YENİ ŞEİRLƏR


*
Qatar yırğalanır...
Artıq mənə layla çalan birisi vardır...

*
Telefon nömrəni ovcuna yazan bu qız
səni ölümünə sevəcək...

*
Bizim bu adi günlərimizdə,
cibimizin boş,
könlümüzün dolu saatlarında...

*
Sevgilim,
gəl bu qaranlığa keçək,
közərən dodaqlarınla...

*
Küləklər əsir,
min bir əzyiyyətlə toplanmış bəşər tarixini
kürüyüb heç edir...

*
Nə qədər uzaqlara gedəcəyimi deyil,
nə qədər uzaqlardan gəldiyimi sor...

*
Bir saniyə nədir ki...
Cəmi bir saniyə sevgilim ol,
qoy utansın zaman
özünün bu mənasız sonsuzluğundan...

*
Bəyaz kağız üzərində
üç nar dənəsi...
Bundan daha gözəl şeirim heç olmayıb...

*
Oturduğum yerdən aya baxıram,
bir azdan o
traktorun kabinəsinə girəcək...

*
Elə bir an gəlir bəzən
külək yalnız hava axını olur,
yağış üzünə çırpılan su,
sevgilinsə, hər an
geriyə qayıtmasını istədiyin bir insan...


*
Biz savaşları durdura bilməsək də
gözlərimizi elə bərəldərik ki,
görənlər başa düşər
onun necə qorxulu olduğunu...

*
Nə qədər olmasa da
kölgələr arasında
mənim də bir kölgəm var...

*
Yaşayırıq
ağacın başındakı dəymiş tutlara baxıb
ətəyindəki kalları dərən
uşaqlar kimi...

*
Tanrım,
biz burada
şokolad qutularındayıq...

*
Masanın üzərində
araq dolu qrafin –
Hə, bu da mənim bioqrafim...

*
Mən öləndən sonra
kitabımı
sənin kitabının üstünə qoysunlar...
XS
SM
MD
LG