Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 05:33

«Eurovision 2012»nin 42 mahnısından hansı daha çox izlənir?


«Buranovskie babuşki» qrupu
«Buranovskie babuşki» qrupu
«Eurovision» Mahnı Müsabiqəsi 2012-də ifa olunacaq 42 mahnının video klipinin YouTube kanalında bu günədək izlənmə reytinqi açıqlanıb.

Eurovision.az saytı xəbər verir ki, bu sıralamada birinci yerdə Rusiyanın müsabiqə təmsilçisi «Buranovskie babuşki» qrupu gəlir.

Rusiya nümayəndələrinin «Party for everybody» mahnısının video versiyasını 1.020.505 şəxs izləyib.

İkinci yerdə Kipr təmsilçisi İvi Adamou (397.999), üçüncü yerdə isə Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink (381.848) qərar tutub.

Azərbaycan bu sıralamada hələ ki, altıncı yerdədir. Səbinə Babayevanın müsabiqədə ifa edəcəyi «When The Music Dies» mahnısının video versiyası bu günə kimi 217.763 dəfə izlənilib.

Sıranın 4-cüsü Türkiyə, 5-cisi Almaniya, 7-cisi Avstriya, 8-cisi Xorvatiya, 9-cusu Albaniya, 10-cusu isə Yunanıstandır.

57-ci Eurovision Mahnı Müsabiqəsinin favorit təmsilçiləri arasında olan Serbiya təmsilçisi Zeljko Yoksimoviçin müsabiqə mahnısının video versiyası 98.170, İsveç təmsilçisi Lorinin 70.133, Fransa təmsilçisi Anqunun 65.062 dəfə baxılıb.

Bu günkü göstəriciyə görə, bu sıralamada sonuncu yerdə İsveçrə təmsilçisi «Sinplus» qrupu dayanıb. Qrupun müsabiqə mahnısının klipinə 34.602 dəfə baxılıb.

Eurovision.az saytı bir neçə gün bundan əvvəl başladığı sorğunun da ilkin nəticələrini açıqlayıb.

Sorğuda ilk onluqda sıralanma belədir: Ukrayna, İsveç, Azərbaycan, Fransa, Rusiya, Almaniya, Belarus, Norveç, İslandiya, Türkiyə.

Eurovision.az saytında səsvermə davam edir.
XS
SM
MD
LG