Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 05:56

«Mühteşem yüzyıl» yetim qaldı…


Courtesy Photo
Courtesy Photo
Türkiyənin «Star» televiziyasında yayımlanan «Mühteşem yüzyıl» serialının ssenaristi Meral Okay vəfat edib.

Türk mediası bu səhər vəfat edən Meral Okayın xeyli müddətdir ki, ağ ciyər xərçəngindən müalicə aldığını yazıb.

Meral Okay 1959-cu il sentyabrın 20-də Ankarada doğulub.

Beş il dövlət məmuru çalışıb.

1984-cü ildə kino və teatr aktyoru Yaman Okayla evlənib.

Yaman Okay cəmi 41 yaşında xərçəngdən ölüb.

Ərinin ölümündən sonra Meral Okay İstanbula köçüb. «Günaydın» qəzetində işləməyə başlayıb. Müxtəlif dərgilərdə çalışıb, nəşriyyat işinə girişib, Sezen Aksu ilə işbirliyi qurub. Mahnı sözləri yazıb.

Meral xanım türk televiziyasında yayımlanan «İkinci Bahar» serialı ilə məşhurlaşıb.

Ötən ildən Meral Okay reytinq rekordları qıran «Muhteşem Yüyıl» dizisinin ssenarini yazırdı.

Serial Azərbaycanda da çox böyük maraqla izlənir.

Meral xanım NTV-yə son müsahibəsində ömür vəfa edərsə Qanuni Sultan Süleymandan sonra yeni bir proyektə - Sultan Əbdülhəmid dövrünün ssenarisini yazacağını söyləmişdi. Bu dövr barədə əlində maraqlı bilgilər olduğunu demişdi.

Ömür vəfa etmədi.
XS
SM
MD
LG