Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:20

Human Rights Watch Suriyada 100-dən artıq dinc sakinin asıldığını bildirir


Human Rights Watch beynəlxalq insan haqları təşkilatı bildirir ki, Suriyada hökumət qüvvələri 100-dən artıq dinc sakini asmaqla qətlə yetirib. Təşkilatın bazar ertəsi yayılan hesabatında qeyd olunur ki, kütləvi asmalar Homs və İdlib əyalətlərində həyata keçirilib.

Human Rights Watch əlavə edir ki, hesabatına yalnız şahidlərin öz gözləri ilə gördükləri hadisələr salınıb. Bu insanların çoxu da son dörd ayda – xüsusilə də mart ayında asılıblar.

Son 13 ayda davam edən qanlı qarşıdurmanın dayandırılması üçün BMT-nin keçmiş Baş katibi Kofi Annanın atəşkəs planı da iflasa uğrayır. Çünki Suriya hökuməti aprelin 10-da qüvvəyə minməsi nəzərdə tutulan atəşkəs razılaşmasından az əvvəl yeni şərtlər irəli sürüb. Həmin şərtləri isə müxalifət qəbul etmir.

Suriyada prezident Bashar Assadın rejimi əleyhinə aksiyalara hökumətin silahlı müdaxiləsi ilə başlayan qarşıdurmada BMT 10 000 nəfərə yaxın adamın həlak olduğunu bildirir.
XS
SM
MD
LG