Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:27

MTN Zaqatalada daha bir əməliyyat keçirib


Arxiv foto
Arxiv foto
MTN-nin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Zaqatalada daha iki nəfər – Mahmud LələyevTeymur Qaracayev saxlanılıb. Adıçəkilən şəxslərin evlərindən və pay torpaqlarının ərazisindən silah-sursat, partlayıcı qurğuların aşkar edilərək götürüldüyü bildirilir. Məlumatı Zaqatala rayon hüquq-mühafizə orqanlarına istinadən APA agentliyi yayıb.

MTN-in Zaqatalada ötən gün tutduğu Mahmud Lələyev nazirliyin bir neçə gün əvvəlki əməliyyat zamanı saxlanılan Bəhruz Lələyevin atasıdır.

Gəncə hadisələri ərəfəsində Zaqatalada daha üç nəfər - Mehdi Padarov, Nəsrullah YunusovRəşad adlı şəxs tutulub.

Bu, MTN-in bir neçə gün əvvəl Gəncəbir sıra rayonlarda həyata keçirdiyi xüsusi əməliyyatın davamıdır.

MTN-nin aprelin 6-da yaydığı məlumatda bildirir ki, Azərbaycanda təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmənin 17 üzvünü ifşa edib.

Bundan əvvəl də MTN İrandan Azərbaycan ərazisinə silah-sursat keçirən qrupların ifşası barədə məlumatlar yayıb. Nazirliyin aprelin 12-də yaydığı məlumatda isə İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana odlu silah, döyüş sursatı, habelə narkotik vasitələrin keçirilməsində təqsirli bilinən bir qrup şəxsin saxlandığı bildirilib.
XS
SM
MD
LG