Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Dünyada hərbi xərclərini ən çox artıran dövlət Azərbaycandır


Bakıda hərbi parad, 26 iyun 2011
Bakıda hərbi parad, 26 iyun 2011
Ötən il dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub – 89 faiz.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu dünya ölkələrinin hərbi büdcələri ilə bağlı illik hesabatını açıqlayıb.

İnstitut hesabatında qeyd edir ki, Azərbaycanın hərbi büdcəsindəki bu böyük artım “Qarabağ müharibəsinin yenidən başlanması qorxusunu artırır”.

Azərbaycanda son iki ildə orduya ayrılan xərclər 3 milyard dolalrdan çoxdur.

Həmin sənədə görə ümumiyyətlə, 2008-ci ildən bəri dünyada hərbi büdcəsini ən çox artıran Azərbaycan olub: təxminən 60 faiz.

Sonrakı yerlərdə Kipr, Polşa, Norveç qərarlaşıb.

Ermənistan da son üç ildə büdcəsini artırır və artım faizinə görə dünyada 10-cudur.

Qlobal böhrana görə, ötən il dünyada hərbi büdcəsini elə də çox ölkə artırmayıb.

Orduya daha çox pul xrcləyənlər arasında Rusiya və Çin də var.

Amerika və Avropada hərbi büdcələr azaldıldığı üçün ümumilikdə 2011-ci ildə dünyada hərbi xərclər cəmi 0,3 faiz artıb.

Amerika ilə yanaşı

Fransa, Almaniya, Hindistan, Britaniya, Braziliya da hərbi xərclərini azaldıblar

Amma Rusiya hərbi büdcəsini 8 milyard dollar artırıb – yəni 9,3 faiz. Bununla da Rusiya hərbi xərclərin həcmi göstəricisinə görə Fransa və Britaniyanı keçib və dünyada ordusuna ən çox pul xərcləyən üçüncü ölkəyə çevrilib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun izahına görə, Rusiya sovet dövründən qalma silahlarının 70 faizini 2020-ci ilə qədər müasirləşdirməyi planlaşdırır. İnstitut Rusiyanın hərbi büdcəsinin qarşıdakı illərdə daha da artacağını proqnozlaşdırır.

Çin isə hərbi büdcəsini 6,7 faiz artırıb. 2011-ci ildə Çin öz ordusuna 143 milyard dollar xərcləyib.

Çinin hərbi xəcləri onun artan iqtisadi gücünə uyğun artır və 2001-ci ildən bəri hərbi xərclər ölkənin ümumi daxili məhsulunun 2 faizi həcminə yaxınlaşıb. Çin hərbi xərclərə görə dünyada ikincidir.

Ordusuna ən çox pul xərcləyən isə yenə də ABŞ-dır - 711 milyard dollar. Bu, Çindən 5 dəfə çoxdur. Amma ABŞ ötən il hərbi xərclərini 1,2 faiz azaldıb.

ABŞ və Almaniya qüvvələri Kosovoda, 27 sentyabr 2011
ABŞ və Almaniya qüvvələri Kosovoda, 27 sentyabr 2011
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun proqnozuna görə, Amerikanın hərbi xərcləri azalmaqda davam edəcək. Bu da əsasən Amerikanın öz qoşunlarını İraqdan və Əfqanıstandan tədricən çıxarması ilə bağlıdır.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu ehtimal edir ki, yaxın gələcəkdə Amerikanın dünyadakı hərbi dominantlığı davam edəcək.

İnstitut hərbi xərclər üzrə

Yaxın Şərqlə bağlı analiz aparmağın çətin olduğunu bildirir

Xüsusən də İran, Birləşmiş Ərəb Əmirlikləri və Oman orduları ilə bağlı məlumatların əldə edilməsinin çətinliyi ilə bağlı.

Müxtəlif mənbələrdə İran ordusu ilə bağlı üst-üstə düşən məlumatlara əsasən, İslam Respublikasında 2 ordu var. Biri şah dövründən qalıb və “arteş” adlanır.

Digəri isə İran İslam İnqilabından sonra yaradılan “Pasdaran”dır: İslam İnqilabı Keşikçiləri Ordusu.

Bu ordular yalnız yüksək vəzifəli komandirlər səviyyəsində inteqrasiya olunublar.

Əgər “arteş” ölkənin sərhədlərini və daxili təhlükəsizliyi qoruyursa, “Pasdaran” ölkənin İslami dövlət quruluşunu qoruyur, o cümlədən daxildən bu sistemə qarşı çıxa biləcək qüvvələrdən.

ABŞ-dakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına görə, 2006-cı ildə İran ordusunda 545 min nəfər xidmət edirdi. Onların 220 min nəfəri çağırışçılar, qalanları peşəkar hərbçilərdi.

2006-cı ilin rəqəmlərinə görə, İran ordusunda təxminən 1600 tank var. Bu rəqəm, güman ki, son illərdə xeyli artıb.

Bunların çoxu Sovet və Rusiya istehsalı olan T-54, T-55, T-72 və s. tanklardır.

Bundan başqa İranın özü də “Zülfüqar” adlanan tanklar istehsal edir

Amma Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi hesab edir ki, İran tanklarının yalnız 3-də 1-nə “müasir” demək olar.


Iran hərbi dəniz qüvvələri Hörmüz boğazənda. 3 yanvar 2012
Iran hərbi dəniz qüvvələri Hörmüz boğazənda. 3 yanvar 2012
İranın təxminən 3200 orta çaplı və ağır artileriya silahı, “katyuşa”sı və 5000 minə qədər qumbaraatanı var

Hava qüvvələrinə gəlincə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi bildirir ki, İran təxminən 1700 hava hücumundan müdafiə silahına malikdir, o cümlədən 14.5 mm-lik ZPU-2/4, 23 mm-lik ZSU-23-4, ZU-23, 35 mm-lik M-1939 və s.

İran ordusundakı helikopterlər əsasən Qərb istehsalı olsa da, manevr imkanları və başqa göstəriciləri yüksək deyil. Təyyarələr isə əsasən Rusiya istehsalı olan Miq-29-lardır. Bundan başqa şah dövründən də Amerika istehsalı olan təyyarələr qalıb. Bəzi təyyarələr isə Çindən alınıb.

İranın dəniz qüvvələrində 38 min nəfər xidmət edir, müxtəlif növ hərbi gəmilərin sayı 70-ə yaxındır, o cümlədən 3 sualtı qayığı qayıq var.
XS
SM
MD
LG