Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:30

Jurnalistləri Müdafiə Komitəsi bəyanat yaydı


Jurnalist İdrak Abbasov xəstəxanada
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Jurnalist İdrak Abbasov xəstəxanada

«Azərbaycan hakimiyyəti jurnalistlər üzərinə edilən hücumu dərhal araşdırmalı və təqsirkarları cəzalandırmalıdır».

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin Sulutəpədə evlərin sökülməsi zamanı jurnalistlərin xəsarət alması ilə əlaqədar yaydığı bəyanatda belə deyilir.
Aprelin 18-də Sulutəpədə söküntü ərazisindən videoçəkiliş aparmaq istəyən jurnalist İdrak Abbasov və «Yeni Müsavat» qəzetinin əməkdaşı Günay Musayeva SOCAR Mühafizə Xidmətinin geyimində olan şəxslər tərəfindən döyüldükdən sonra hər ikisi 1 saylı Klinik Tibb Mərkəzinin travmatologiya şöbəsinin palatasına yerləşdirilib.
JMK bildirir ki, Dövlət Neft Şirkətilə əlaqə yaratmaq cəhdləri baş tutmayıb, şirkətdən telefona cavab verməyiblər.
«İdrak Abbasov və onun həmkarlarına zorakı hücumdan şok hisslər yaşayırıq», JMK-nin Avropa və Mərkəzi Asiya Proqramları üzrə koordinatoru Nina Ognianova deyib.
«Əgər Azərbaycan hakimiyyəti həqiqətən də may ayında keçiriləcək «Eurovision» Mahnı Müsabiqəsində xarici jurnalistləri xoş qarşılamaq istəyirsə, bu hücumun arxasında nə dayandığını araşdırmalıdır və cəmiyyətə aydın mesaj verməlidirlər ki, onlar mətbuata qarşı zorakılığa tolerant yanaşmırlar», Ognianova bildirir.
Komitə qeyd edib ki, prezident İlham Əliyev müsabiqə öncəsi Azərbaycanda insan hüquqları durumunun beynəlxalq mediada neqativ qiymətləndirilməsini pisləyib və deyib ki, onun rəhbərlik etdiyi ölkə demokratikdir və ölkədə söz azadlığı mövcuddur.
XS
SM
MD
LG