Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:40

iPhone-5-in nə vaxt təqdim ediləcəyi bilindi


.
oxuzali.az

iPhone-ların yeni nəsli 2012-ci ilin 3-cü rübündə təqdim ediləcək.

iPhone5-in özəllikləri gizli saxlansa da, bəzi yeniliklər haqda məlumatlar mətbuata sızmaqdadır.

Yeni iPhone-un yeni - maye-kristal sensor modulunun daha nazik və daha həssas olacağı, bunun nəticəsində displeyin barmaq toxunuşlarına daha tez reaksiya verəcəyi deyilir.

İTAR-TASS-ın yaydığı xəbərə görə, bu barədə öz mənbələrinə istinadla DigiTimes İnternet dərgisi məlumat yayıb.

Sharp və Toshiba Mobile Display-in belə sensor panellərinin yaradılmasındakı uğuru Apple şirkətini sözügedən yapon istehsalçıları ilə əməkdaşlığın vacibliyinə inandırıb.

Apple-ın sifarişi ilə həmin şirkətlər yeni sensor panellərinin istehsalına 2012-ci ilin ikinci rübündə başlayacaqlar.

Yeni displeyin indikindən fərqi odur ki, sensor panelinin istehsalı zamanı multisensor texnologiyaları birbaşa keçiricilərə inteqrasiya edilir, indiki kimi sensor panelinin üzərinə yerləşdirilmir.

Yeni texnologiyanın tətbiqi ilə smartfonun ümumi çəkisi də azalmış olacaq.
XS
SM
MD
LG