Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:35

Morningstarın Azərbaycana səfir vəzifəsinə namizədliyi irəli sürülüb


ABŞ prezidenti Barack Obama Richard Morningstarın Azərbaycana səfir vəzifəsinə namizədlyini irəli sürüb.

Richard Morningstar dövlət katibinin Avrasiya Enerji məsələləri üzrə xüsusisi nümayəndəsidir. O 1999-cu ildən 2001-ci ilə qədər ABŞ-ın Avropa Birliyindəki səfiri olub.

Richard Morningstar təyin olunsa, Mathew Bryzanı əvəz edəcək. Bryza yanvardan bu vəzifəni tərk edib.

Mathew Bryzanı da Barack Obama təyin etmişdi. O bir il səfir vəzifəsini icra etmişdi. Ancaq ABŞ-dakı erməni diaspora qruplarının və bir neçə senatorun etirazından sonra Senatda təyinatı təsdiq olunmadı. Bryzanın təyinatına qarşı çıxanlar onu Azərbaycan hakimiyyətin ilə müəmmalı əlaqədə ittiham edirdilər.
XS
SM
MD
LG