Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:57

Əli Əhmədov: «Müxalifət mitinqlərlə sabitliyi pozmaq istəyir» [Video]


Əli Əhmədov: "Müxalifət hər bazar mitinq keçirməklə..."
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00
Direct-ə keçid

Əli Əhmədov: "Müxalifət hər bazar mitinq keçirməklə..."

«Müxalifət hər bazar mitinq keçirməklə çox istəyir ki, Azərbaycanda sabitlik pozulsun, ara qarışsın və xoşagəlməz proseslər baş versin, bundan faydalanıb nəyəsə nail olsun».

Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, deputat Əli Əhmədov mayın 10-da Fəxri Xiyabanda AzadlıqRadiosuna açıqlamasında deyib.

YAP-ın icra katibi bildirib ki, onlar kiminsə mitinq keçirməsinin əleyhinə deyillər. Sərbəst toplaşmaq azadlığı məsələsinin Konstitusiyada təsbit olunduğunu deyən Əli Əhmədova görə, istənilən şəxs bu hüquqdan istifadə edə bilər:

«Amma mitinq keçirənlərdən soruşmaq lazımdır ki, nə qədər mitinq edəcəklər? Hər həftənin bazar günü mitinq eləməklə nəyəsə nail olmaq mümkündürmü? Bu mümkün deyil. İnsanlar beziblər. Nə qədər mitinq etmək olar?».

Əli Əhmədova görə, müxalifət bir-neçə dəfə mitinq edib, sözünü deyib və cəmiyyət də onların nəyə etiraz etdiyini eşidib.

«Mitinqin mənası odur ki, insanlar nədənsə, lap tutaq ki, hakimiyyətin siyasətindən narazıdırlar, bunun üçün bir-iki dəfə mitinq keçirib öz mövqelərini bildirirlər. Bundan sonra artıq cəmiyyət özü qərar verir ki, o mitinq keçirənlərin mövqeyini dəstəkləyir, ya yox».

YAP icra katibi hesab edir ki, hər həftənin bazar günü mitinq keçirməklə siyasi partiya nəyəsə nail ola bilməz: «Bu, həddindən artıq ucuz siyasi taktikadır».

İctimai Palatada birləşən müxalifət aprel ayında iki dəfə razılaşdırılmış mitinq keçirib.

Mayın 7-də isə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz aksiya keçirib. Polis aksiyaçıların qarşısını kəsib, bir neçə nəfəri saxlayıb.

İctimai Palata yenidən mayın 13-ü və 19-u etiraz aksiyaları keçirmək qərarına gəlib.

Aksiyalar «Eurovision 2012» yarışları ərəfəsində siyasi məhbuslara azadlıq və siyasi islahatlar tələbilə keçirilməlidir. Hakim partiyanın təmsilçiləri bir neçə dəfə çıxışlarında müxalifəti bu beynəlxalq yarışmadan öz məqsədləri üçün istifadə etməkdə günahlandırıblar.
XS
SM
MD
LG