Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:41

Sığorta rüşvətlə satıla bilərmi?


Sığorta rüşvətlə satıla bilərmi?
Gözlə

No media source currently available

0:00 0:54:48 0:00
Direct-ə keçid

Sığorta rüşvətlə satıla bilərmi?


Azərbaycanda icbari sığorta şirkətlərini niyə yalnız yüksək vəzifəli məmurlara yaxınlığı ilə tanınan sığorta şirkətləri aparırlar? Məsələn, təyyarə sərnişinlərini yalnız İpək Yolu sığorta şirkəti, ictimai nəqliyyatda sərnişinləri Qaranat sığorta həyata keçirir.

Mayın 17-də “Korrupsiometr” proqramında Maliyyə Nazirliyi Dövlət Sığorta
Mahir Abdullayev
Mahir Abdullayev
Nəzarəti Xidmətinin şöbə müdiri Mahir Abdullayev bildirdi ki, ölkədə 10-dan çox sığorta şirkəti var. Başqa şirkətlər həmin icbari sığorta sahəsində fəaliyyət göstərmək üçün müraciət etməyiblər.

​Mahir Abdullayev hər hansı sığorta şirkətinin sığortalılara lazım olanda ödənişi etmədiyinə inanmır.

Dinləyicilərin “Avtomobillərin icbari sığortası nəyə lazımdır, onsuz da hansısa qəza zamanı heç bir sığorta pulu almaq mümkün olmur” sualına Mahir Abdullayevin cavabı belə oldu:

Samir Ismayıl
Samir Ismayıl
- Məncə, burada bir yanlış anlama var. Bu növ icbari sığorta qəza edənin sığortası deyil. Yəni, hansısa qəza zamanı qəza törədən adamın ziyanının sığortasından söhbət getmir. Onun başqasına vurduğu ziyanın sığortasından söhbət gedir.

Belə qəza zamanı qəzanı törədən deyil, onun ziyan vurduğu adam sığorta haqqı ala bilərlər. Sürücü özünün ziyanını icbari sığortada deyil, başqa özəl sığorta şirkətlərində sığorta etdirə bilərlər.

Mahir Abdullayev bildirir ki, sığorta ödənişini ala bilməyən vətəndaşlar Maliyyə nazirliyinə müraciət edə bilərlər.
Cavad İsmayıl
Cavad İsmayıl

Sığorta bazarının monitorinqini aparan ekspert Samir İsmayıl isə dedi ki, yalnız icbari sığorta haqqında qanunun qüvvəyə minməsi kifayət deyil, insanların maarifləndirilməsi də lazımdır.

Çikaqoda yerləşən GünAz TV-nin əməkdaşı Cavad İsmayıl isə ABŞ-da sığorta sistemin necə işlədiyinə dair məlumat verdi.



Proqramı ətraflı burada dinləyə bilərsən:



Proqramda iştirak edən qonaqların Azərbaycanda sığorta sisteminin işlək vəziyyətə gətirilməsinə dair təklifləri:

Mahir Abdullayev
  • Sığortaya inamsızlıq aradan qalxsın.
  • İnsanlar könüllü sığortaya maraqlı olsunlar.

Samir İsmayıl
  • Sığortanın üstünlükləri xalqa izah edilsin.
  • Sığorta şirkətlərinin işi şəffaflaşdırılsın.

Bu mövzuda sənin də başına gələn əhvalatlar, təkliflərin, şahidi olduğun hallar varsa, şərhlərini aşağıdakı foruma göndər.
XS
SM
MD
LG