Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:28

Bəxtiyar Hacıyev prezidentə müraciət edib


Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev prezident İlham Əliyevə müraciət edib.

Bu barədə Bəxtiyar Hacıyevə dəstək qrupunun üzvləri AzadlıqRadiosuna məlumat veriblər.

Məlumata görə, Bəxtiyar Hacıyev onu ziyarətə gələn dostlarına bildirib ki, bir neçə gün əvvəl prezident İlham Əliyevə müraciət edərək azadlığa buraxılmasını istəyib.

«Mən prezident cənab İlham Əliyevə azadlığa buraxılmağımla bağlı məsələyə baxılması üçün müraciət etmişəm» - deyə gənc fəal bildirib.

Deputatlığa keçmiş namizəd, ABŞ-ın Harvard Universiteti məzunu Bəxtiyar Hacıyev keçən ilin martında həbs olunub. O, CM-nin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bir sıra yerli və beynəlxalq təşkilatlar onu «vicdan məhbusu» elan edib.
XS
SM
MD
LG