Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:23

Kafka Bakı sahilində


Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin "Kafka sahildə" əsəri Bakıda çap edildi.

"Qanun" nəşriyyatının buraxdığı kitabı ingilis dilindən Ziyad Quluzadə çevirib.

Nəşriyyat kitabı belə təqdim edir:

"“Kafka sahildə” iki qəribə insanın taleyindən danışır. Atasının lənətlədiyi Kafka Tamura on beş yaşında evdən qaçır.

Uşaqlığında müəmmalı xəstəliyə düçar olan, ya­ş­la­nandan sonra pişik “detektivi” kimi tanınan Nakatanın bü­­tün həyatı alt-üst olur.

Onların roman boyu paralel in­kişaf edən təsirli həyat faciələri aydın, canlı şəkildə təsvir edilir.

Pişiklər insanlarla söhbət edir; göydən balıq, zəli ya­ğır; İkinci Dünya müharibəsi ərəfəsində meşədə itmiş iki əsgər peyda olur. Kafka, atasının dediyi kimi, anası və bacısıyla yatır…

Ortada amansız bir cinayət də var, ancaq ci­nayətkar və qurban naməlumdur.

“Kafka sahildə” klassik bir roman olmaqla yanaşı ata qatili, anaya eşq, bacıya eşq kimi mifik və klassik tabu­la­rın tədqiqatıdır.

Hər şeydən əvvəl bu roman gözlənilməz bədii fəndləri və özünəməxsus stilistikası olan bir əsərdir".
XS
SM
MD
LG