Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:36

Putinə qarşı 230 mahnı (Audio)



Rusiya müxalifəti mitinqlərinə ara vermək qərarına gəlib – ta oktyabra qədər.

Amma bu o demək deyil ki, müxalifətçilər və ictimai fəallar bu müddət ərzində susacaqlar.

230 SƏS

Bu yaxınlarda müxalifət musiqi diski buraxıb.

Məqsəd hökumətə qarşı etirazlar dalğasına qoşulanları daha da ilhamlandırmaq, ruhdan düşməyə qoymamaqdır.

“Ağ albom” Vladimir Putin rejimini tənqid edən 230 mahnıdan ibarətdir.

Mahnılara İnternetdə pulsuz qulaq asmaq olar.

İndiyəcən Rusiyanın xeyli sayda tanınmış yazıçısı, şairi, rəssamı müxalifət hərəkatına qoşulmuşdu. Amma albom layihəsinin müəllifləri, peşəkar musiqiçilər Aleksandr Lipninski və Vasili Şumov deyirlər ki, musiqiçilər müxalifətə belə bir dəstək verməmişdilər.

““Ağ albom” bu boşluğu tam doldurur. Musiqi cəmiyyətdəki ab-havanı sağlamlaşdırmaq üçün vacib vasitədir” – deyə Lipninski bildirir.

DDT kimi məşhur qrupun rəhbəri, müxalifəti dəstəkləyən Yuri Şevçukun mahnısı da albomda yer alıb – “Azadlıq” mahnısı

.
HƏBSDƏKİ MUSİQİÇİLƏRƏ DƏSTƏK

Bir neçə mahnı “Pussy Riot” qadın qrupuna həsr edilib.

Bu həmin musiqi qrupudur ki, onun üzvləri bu ilin fevralında Moskvadakı kilsədə Putinə qarşı mahnı oxuyandan sonra məsuliyyətə cəlb edilmişdilər.

Qrupun 4 üzvündən 3-ü hazırda həbsdədir.

Repçi Syava “Malyava” mahnısını həbsdəki həmin qadın musiqiçilərə həsr edib.

Albom müəlliflərindən olan Limpinski deyir ki, Putinin avtoritar rejiminə demokratik seçkilər yolu ilə son qoymaq olar. Onlar da belə seçkilərin keçirilməsi üçün çalışırlar.

Onun fikrincə, Putinsiz Rusiyada sənət də azad olar, “Pussy Riot” kimi qrupların üzvləri də həbsə atıla bilməz.

Musiqi albomunda həvəskar musiqiçilərin də mahnıları yer alıb.

İndi layihə müəllifləri ümid edirlər ki, yığılan ianələrlə mahnıları disk şəklində də buraxa biləcəklər.

Şevçuk Moskvada çıxış edir
Şevçuk Moskvada çıxış edir
XS
SM
MD
LG