Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:49

Natiq Rəsulzadə: "Tezliklə kitablar çox ucuzlaşacaq"


Natiq Rəsulzadə
Natiq Rəsulzadə
“Pen klub”da qonağımız yazıçı, kinodramaturq, Azərbaycan "Pen klub"unun vitse-prezidenti Natiq Rəsulzadədir.

DİNLƏ

- Natiq bəy, Azərbaycanda yazar da, naşir də şikayətçidir ki, kitab alan, kitab oxuyan çox azdır.

Siz də ilin-günün bu vaxtında kitabların on-line satışı təşəbbüsü ilə meydana atılmısız. Belə şəraitdə internet mağaza nə qədər effektiv ola bilər?


- Elektron kitablar layihəsi Azərbaycan "Pen klub"unun təşəbbüsüdür.

Bizim klubun bir neçə planı var. Nobel mükafatlı, dünyada məşhur olan yazıçıları Azərbaycana dəvət etmək istəyirik və onlara təcrübələrini bizimlə bölüşmələrini təklif edəcəyik.

Eyni zamanda "Pen klub" üzvlərini Avropaya təcrübəyə göndərəcəyik. Bundan başqa, dünyada məşhur, amma Azərbaycanda hələ tanınmayan kitabları tərcümə edəcəyik.

- İndi də gələk internet kitab satışına...

- Biz Azərbaycan yazıçılarının əsərlərinin elektron variantını hazırlayacağıq. Dünyanın hər yerindəki azərbaycandilli oxucu da həmin kitabları oxuya biləcək. Bu, Azərbaycanda ilk belə layihədir. Amma dünyada çoxdan var. Azərbaycanda ən məşhur yazıçıların kitabları 500, 1000 tirajla çıxır. Azərbaycandan da qırağa çıxa bilmirlər. O yazıçıları kənarda tanıtmaq üçün elektron kitablar layihəsi ən yaxşı yoldur.

- Kitablar ingilis, rus dillərinə tərcümə olunacaq, yoxsa orijinalda veriləcək?

- Əlbəttə orijinalda. Dünyanın hər yerində azərbaycandilli oxucular var. Kağız kitabı 50 nəfər oxuyur, amma internetdə ola bilsin 500 min adam oxusun.

“ELEKTRON KİTABLAR COX UCUZ, CÜZİ QİYMƏTƏ SATILACAQ”

- Bu, elektron kitabxana deyil ki?

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
- Elektron kitabxana deməzdim. Biz çalışırıq ki, yazıçılarımız o kitabdan faydalansınlar. 10-15 ildir yazıçılar gileylənirlər ki, qazanc, qonorar yoxdur, “kitab çıxdı, bir şey almadım” deyirlər, əksinə kitab çıxarmaq üçün sponsor axtarırlar, ya öz ciblərindən pul qoyurlar... Elektron kitab layihəsi də çətin layihədir. Ancaq yolçu yolda gərək.

- Natiq müəllim, hamını maraqlandıran sual: Kitablar neçəyə olacaq? Nə qədər əlyetərli olacaq? Dediz ki, həm də yazıçılara xeyir vermək istəyirsiz...

- Elə kitablar çox ucuz olur, cüzi qiymətə satılır. ABŞ-da 50 sentə, 1 dollara satırlar.
Ola bilər kimsə məşhur yazıçıdır və ya əsər çox maraqlıdır, bu 50 sentlik əsəri bir gecədə və ya 3 gündə 2 milyon adam oxuyur və qonorarı yarım milyon dollar olur. Biz hələ qiymət haqda düşünməmişik. Fikirləşirik ki, bu sahədə təcrübəsi olan elektron kitab mağazaları ilə ayaqlaşaq. Amma bu, bizim üçün başlanğıcdır.

- On-line kitab satışı nə vaxtdan başlayır o zaman?

- İş gedir. Belə templə getsə, bəlkə də bu ilin axırına Azərbaycan yazıçılarının elektron kitablarını oxucuya təqdim edə biləcəyik.

ƏSƏRLƏRİ KOMİSSİYA SEÇİR

- Azərbaycan yazıçılarından kimlərdən başlayacaqsız? Klassik ədəbiyyatdan, gənclərdən, yoxsa tələbat olan kitablardan? Seçim necədir?

- "Pen klub"da bir neçə yazıçıdan ibarət komissiya var, kitabları onlar seçəcəklər. Klassiklərlə paralel olaraq müasir, gənc yazıçıları da verəcəyik. Biz maraqsız, istedadsız yazıların getməsini istəmirik, bunun qabağını alacağıq. Birinci növbədə istedadlı yazıçıları verməyə çalışacağıq. Biz istəyirik dünyaya göstərək ki, dünya səviyyəli yazıçılarımız var və onları oxumağa dəyər.

İLK 20-LİKDƏ OLAN ƏSƏRLƏR

- Hansı yazarları önə çəkmək istəyirsiz ki, sizə pul gətirsin?

- Biz artıq azərbaycanlı oxucuya maraqlı gələcək 20-dən artıq kitab seçmişik. İsmayıl Şıxlının “Dəli Kür” romanıdır, İmran Qasımov, Anar, Maqsud İbrahimbəyov və Çingiz Abdullayevin əsərlərini qoyacağıq. Sonra gənclər də var, gənc deyəndə nisbətən cavan yazıçılar. İlqar Fəhmi, Rafiq Tağı...

- Bəs lap cavanlardan?

- Onlar da olacaq.

- Deyəsən onların adını çəkmək istəmirsiz... Dinləyici soruşur ki, Mədəniyyət və Turizm Nazirliyi sizə dəstək verəcəkmi?

- Hələ nazirliklə söhbət olmayıb. Onların imkanları da genişdir və gərək bu layihəni dəstəkləsinlər.
XS
SM
MD
LG