Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:44

DİN və Baş Prokurorluq Hilal Məmmədovun həbsi ilə bağlı birgə məlumat yayıb


Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumatda deyilir ki, “Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovun barəsində cinayət təqibinin başlanması və həbs qətimkan tədbirinin seçilməsi konkret ictimai-təhlükəli əməl törətməsi ilə əlaqədardır.

Məlumatda Hilal Məmmədovun 1992-ci ildən İran kəşfiyyatının əməkdaşı ilə məxfi əməkdaşlıq etdiyi bildirilir.

Məlumatda deyilir ki, Hilal Məmmədov dövlətə xəyanət, milli, irqi, sosial və dini nifrət və düşmənçiliyin salınması və qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma maddələri ilə təqsirləndirilən şəxs qismində həbs olunub.
XS
SM
MD
LG