Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:55

Həsən bəy və «Azərbaycanın Lomonosovu»


Mixail Lomonosov (1711-1765)
Mixail Lomonosov (1711-1765)

Zərdabinin və atası haqqında xatirə yazmış qızı Qəribsoltan xanım Məlikovanın əziz ruhuna sayğılarla

-
Qəribsoltan xanım yazır ki, xalqın hüquqları, şərəfi və mənəviyyatı uğrunda apardığı mübarizədə tək qalmaqdan əzab çəkən Həsən bəy həmfikir adamların dəstəyinə böyük ehtiyac duyurdu.

Və belə adamları özü yetişdirirdi...

XIX əsrin sonlarında evində 10 oğlan uşağı saxladığını «Həsən bəy və şöhrətli qonaqları» hekayəsində qeyd etmişdik.

Amma Həsən bəy bu işə ondan xeyli əvvəl --1872-ci ildə Hənifə xanımla evlənəndən həmən sonra başlamışdı.

Qəribsoltan xanımın yazdığına görə, valideynlərinin öz övladlarına və evlərində təhsil alan uşaqlara rəftarında heç bir fərq yox imiş. Hamının öz vəzifəsi varmış. Eyni cür istirahət edir, eyni cür qidalanırmışlar.

Qızı xatırlayır ki, bəzən Həsən bəy bir oğlan uşağını lap elə küçədən tutub evə gətirirmiş. Əlbəttə, uşaq onu ağlı və düşüncəsi ilə özünə cəlb edə bilmişdisə.

Bir dəfə Həsən bəyin yanına, redaksiyaya Qubadan bir oğlan gəlir. Uşaq kəndli paltarında imiş. Yorğun görkəmi varmış.

Uşaq yaşına uyğun olmayan qətiyyətlə Həsən bəyə söyləyir ki, oxumaq istəyir, öz doğma yurd-yuvasından da məhz bu məqsədlə ayrılıb.

Həsən bəy zarafatla bu uşağa «Azərbaycanın Lomonosovu» ləqəbini verir. (Lomonosov da eynən bu uşaq kimi oxumaq üçün kənddən uzun yol qət edib şəhərə gəlmişdi—S.İ.).

Qəribsoltan xanım yazır ki, soyadı Seyidov olan bu uşaq (adını yazmır--S.İ.) «bizdə düz 15 il yaşadı (!) və ali hüquqşünas təhsili aldı...».

Böyük Həsən bəyə sayğılarla!

«Can Bakı» davam edəcək.
XS
SM
MD
LG