Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:52

Zahir Əzəmət. Dekabr nəğməsi


-

Dekabr nəğməsi

balaca otaq
dekabr dolur içəri
gecəylə bir

küçədə maşın səsləri
artır
azalır
itir

sənsə dəyişməyən bir maddəsən içimdə
kiriməyən ağrı
o qədər uzaq tutdun ki məni
o qədər uşaq tutdun ki məni
sirrini paylaşa bilməyəcəyin qədər
uzaq olduğumu anlayanda
gec idi

hey əlində güzgü tutubmuş kimi yaşadın
efirdə yalnız özünsən
özünü görürsən
hər kəsdə özünü sevirsən.

kult.az
XS
SM
MD
LG