Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:38

İranda internetdə siğə elanı


sighe-tehraan.3de.ir saytından görüntülər
sighe-tehraan.3de.ir saytından görüntülər
-


İRANDA YENİ SİĞƏ SAYTI, HƏM DƏ QİYMƏTLƏRİ, BƏR-BƏZƏYİ İLƏ...

"Bismillahi Rəhmani Rəhim. Bu sayt Tehran Rəsmi Siğə Mərkəzinin saytıdır və rəsmi qeydiyyatdan keçib".

İran internetində təxminən 1 aydır peyda olan siğə saytının girişində belə deyilir. Əvvəlcə ezdevaj.3de.ir ünvanında yer alan sayt indi sighe-tehraan.3de.ir ünvanına köçürülüb. Amma iyulun 25-də axşam saatlarında məlum oldu ki, sayt eyni məzmunu, eyni dizaynı ilə .nr domain-ə köçüb: http://ezdevaj.co.nr/

sighe-tehraan.3de.ir saytının açılış səhifəsi
sighe-tehraan.3de.ir saytının açılış səhifəsi
Saytda siğə üçün hazır olan qadınların anketləri yer alır. Saytın idarəçiləri məsləhət görürlər ki, “Əzim həmvətənlərimiz, lütfən profilləri diqqətlə öyrənin ki, sonradan hansısa anlaşmazlıqlar ortaya çıxmasın”.

Saytda təminat verilir ki, qadınların hamısının sağlamlıq sertifikatı, gigiyenası, siğəyə uyğun olub-olmaması, yəni ailə durumu və valideynlərinin icazələri öyrənilib və burada qadınlarla siğə heç bir halda dinə zidd deyildir.

SAYTDAKI QADINLAR

Saytda özünü bakirə kimi təqdim edənlərdən tutmuş artıq cinsi fəallığının bitmiş olduğunu bildirənlərə qədər ümumilikdə 100-dən çox qadın profili var. Müxtəlif yaşlarda.

Məsələn, 48 yaşlı qadın yazır ki, ağ cildli, gözəl üzlü, xoş əxlaqlıdır. Çox təravətli dərisi var. Boyu 170 sm, çəkisi 70 kq-dır. Ancaq adi qaydada cinsi əlaqə üçün məqbuldur. Mehriyəsi – yəni siğə qiyməti bir saat üçün təxminən 100 dollardır.

Cheshmandaz.org saytı sözügedən siğə portalından əlaqə bölümündəki bəzi mesajları seçib-dərc edib.

sighe-tehraan.3de.ir saytında Ayətulla Makarem Shirazinin məsləhətləri
sighe-tehraan.3de.ir saytında Ayətulla Makarem Shirazinin məsləhətləri
Məsələn, oxuculardan biri yazır ki, niyə bu xidmətlər ancaq Tehrandadır və başqa şəhərlərdə bu saytın xidmətlərindən necə istifadə eləmək olar?

Digər isifadəçi maraqlanır ki, bu zaman hansı duaların oxunması daha məqbuldur?

Bir digəri siğə üçün mehriyyələrin - qiymətin baha olmasından, qadınların sayının azlığından və qadınların şəkilsiz olmasından şikayət edir. Ancaq saytın moderatorları cavab verirlər ki, təəssüf ki, qiyməltəri qadınların özləri müəyyənləşdirirlər.

Bu cür siğə saytının islama zidd olduğunu deyib, tənqid edən mesajlar da var. Onlara isə moderatorlar cavab verirlər ki, saytda təqdim edilən btütün xidmətlər qayda-qanunlara və dinə uyğun olaraq aparılır. Daim ayətullaların idarələri ilə əlaqə saxlayırlar.

SİĞƏNİN DİNİ ƏSASLARINI DA ÖYRƏDİRLƏR

Maraqlıdır ki, saytla bərabər doğrudan da bir sıra Ayətullaların saytalrına da keçidlər verilir. Məsələn, Ayətulla Makarem Shirazi və başqalarının siğə haqqında dedikləri, siğənin sosial ehtiyacdan doğması, icazə verilməsi və tövsiyyə edilməsi bildirilir.
XS
SM
MD
LG