Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:38

Nuranə Nur. Çətindi


-
Çətindi

Gün kölgəsin toplayanda
üzünü çevir sabaha.
Gələn hər sabaha gözlərin aydın!
Körpü ol “keçər” dediyin hər şeyə…
Özünü zamana təslim eləmə…
Tut tutmaq istədiyin əli,
boğ boğmaq istədiyin kini.
Xoşbəxtliyə söz verdiyin andları
çək başına...
Günahların həddini aşırsa,
özünü qınama
demək tövbələrini pozduran var.
Boyunda bir ucalıq hiss elə,
xəyalında günəşi qucaqla.
Bilirəm unutmaq cətindi,
çətindi belə unutmaq.
Belə yola salmaq gedişlərini…
Səp elə bu küçəyə
Bir ucu əlində qalan xatirələrini
Salacaq o, bura yolun nə vaxtsa
toplayacaq
burda ağladığın gülüşlərini
XS
SM
MD
LG