Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:41

Ülkər Ucqar. Üzümüzə gələn il qıtlıq


-

üzümüzə gələn il qıtlıq

dodaqların təndirdə qalan çörək qoxusu
“yandım, məni əkən haray!” çağırır
“yandım, məni biçən haraay!” çağırır
“yandım, məni yapan haraaay!” çağırır*

mən əkəni deyiləm
biçəni deyiləm
yapanı deyiləm
durub baxmayım neylim
qız xeylağı...
heyif dodaqların!
götürülər bərəkət bu evdən
bu şəhərdən
bizim bu adsız yurddan
götürülər bərəkət
üzümüzə gələn il qıtlıq!
üzümüzə gələn il
hardan tapım səni?
üzümüzə gələn il
səni az sevsəm, az sevsəm, nə qədər sevim?
üzümüzə gələn il
çətin keçər
üzümüzə gələn il keçməz
axınar
axınar
axınar...

_________
*xalq inanclarından.
XS
SM
MD
LG