Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:31

Stradivari'nin bir neçə milyon dollarlıq skripkasını qatarda unutdular…


Аntonio Stradivari'nin skripkası
Аntonio Stradivari'nin skripkası
-
Antonio Stradivari'nin qədim skripkası unutqanlıq qurbanı olub.

Xəbəri France-Presse yayıb.

Əhvalat belə olub.

Qiyməti bir neçə milyon dollar qiymətləndirilən skripkanın sahibi onu yaxın dostu olan bir musiqiçiyə verib.

Sən demə, bu musiqiçi çox huşsuz imiş. O, nadir skripkanı getdiyi qatarın kupesində qoyub Bern stansiyasında yerə düşüb.

Musiqiçi necə bir sərvəti itirdiyinin fərqində olanda isə artıq gec olub.

Köməyə yenə müşahidə kameraları gəlib.

Kameralar Berndən sonrakı stansiyada bir nəfərin əlində skripka yerə endiyini qeydə alıb.

Polis musiqi alətinin itdiyini elan edib.

İki gündən sonra—iyulun 29-da skripkanı Bern stansiyasındakı itən əşyaların tapılması bürosuna gətiriblər.

Qiymətli aləti tapanın kim olduğu və ona necə təşəkkür etdikləri bəlli deyil.

Amma yerli Genevalunch.com saytı xəbər verir ki, polislərin bildirdiyinə görə, musiqiçi alətin tapılmasından çox şad olub və tapan adama vicdanlı hərəkətinə görə təşəkkür etmək istəyib.

2011-ci ildə Yaponiyada sunamidə zərər çəkənlərə kömək məqsədilə keçirilən xeyriyyə auksionunda Stradivari'nin skripkası 13.5 milyon dollara satılmışdı.

Bütün dünyada hazırda Stradivari'nin hazırladığı (XVIII əsr) 600 skripka var.

Yeri gəlmişkən, əfsanəvi skripka ustasının hazırladığı alətlərin başına bundan əvvəl də qəribə işlər gəlib.

Bu ilin mayında İspaniyada Kral Sarayında Аntonio Stradivari'nin violonçelini salıb sındırmışdılar. Simli alətlər ustasının violonçeli fotosessiya zamanı zərər görmüşdü.

2008-ci ildə Nyu-Yorkda bir skripkaçı onun 4 milyonluq skripkasını taksidə unudub. Taksi sürücüsü aləti sahibinə qaytarıb.

Elə bu insidentdə də skripkanı kupedən tapan adam sahibinə qaytarıb.
XS
SM
MD
LG