Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:35

Əmlakı talanan şirkət nazirlikdən 1 milyon manat təzminat istəyir [VIDEO]


Metal biznesində quldurluq dalğası
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00
Direct-ə keçid

Metal biznesində quldurluq dalğası

-

Qapadılan və əmlakı əlindən alınan metalyayma müəssisələri hüquq-mühafizə orqanlarının hərəkətsizliyindən şikayətçidirlər. Avqustun 2-də gecə saatlarında mülkigeyimlilərin hücumuna məruz qalan «Şəhriyar -99» MMC-nin vəkili Bəhruz Bayramov deyir ki, müəssisəyə hücum olanda, onlar prezident daxil olmaqla, bütün güc strukturlarına teleqram vuraraq kömək istəyiblər. Amma heç yerdən müraciətlərinə cavab verən olmayıb.

«Hücum olunan günün səhəri Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinə, Baş Prokurorluğa, Prezidentə teleqram vurmuşuq ki, bizim müəssisəyə hücum olub, tədbir görülsün. Gecə hücum olunan vaxt isə 7 dəfə DİN-in 102 məlumat xidmətinə telefonla müraciət etmişik. Bizə bu günə qədər heç bir cavab verilməyib. Bu gün (8 avqust) təkrar adıçəkilən qurumlara ərizə ilə müraciət etmişəm ki, baş verən hadisə ilə bağlı cinayət işi aşılsın».

Vəkil deyir ki, müəssisəyə hücumla bağlı onlarda bütün sübutlar var:

«Videoçəkilişlər var, müəssisənin əmlakını daşıyan maşınların hamısının nömrələri, gələnlərin telefon nömrələri var. İstintaq gedərsə, obyektiv araşdırma aparılarsa, baş verənlərlə bağlı cinayət işi açılmalıdır».

DİN-DƏN 1 MİLYON MANAT TƏZMİNAT

Bundan başqa vəkil deyir ki, hərəkətsizliyə görə Daxili İşlər Nazirliyini, əmlaklarını müsadirə etdiyinə görə də «Baku Steel Company»ni mülki qaydaya məhkəməyə verməyə hazırlaşırlar. Hərəkətsizliyə görə DİN-dən 1 milyon manat təzminat tələb etmək fikrindədirlər.

Müəssisənin nəzarətçisi Hüseyn Dünyamalıyev isə deyir ki, gecə müəssisəyə hücum olanda, onun 102-yə müraciətindən sonra əraziyə Abşeron polisindən bir sahə müvəkkili gəlib. Amma telefonuna gələn zəngdən sonra o, ərazini tərk edib.

«POLİS BİZDƏN İZAHAT ALDI, AMMA BİZƏ HÜCUM EDƏNLƏRDƏN YOX»

Bakının Zabrat qəsəbəsindəki «R.A.N.K» MMC-nin təsisçisi Dövran Mikayılov da eyni problemlə üzləşdiklərini bildirir. O deyir ki, «Baku Steel Company»nin rəhbərliyi tərəfindən göndərildiklərini bildirən idmançı görkəmli adamlar müəssisəyə gələn kimi onlar da DİN-in 102 məlumat xidmətinə müraciət ediblər:

«Mən 102-yə zəng edəndən sonra Zabrat polisindən gəldilər, ancaq bizdən izahat aldılar. Təxminən 15 dəqiqədən sonra onlara zəng gəldi, çıxıb getdilər».

Dövran Mikayılov deyir ki, polislər həmin vaxt müəssisənin əmlakını daşıyanlara heç yaxın da durmayıblar.

«HƏRƏKƏTSİZLİYİN ARXASINDA CİDDİ SƏBƏB VAR»

«Şəhriyar -99» MMC-nin vəkili Bəhruz Bayramov hüquq-mühafizə orqanlarının insidenti araşdırmamasını bu işin arxasında yüksək ranqlı məmurların olması ehtimalı ilə izah edir:
«Baku Steel Company»də zavodlara basqılarda onların adlarının hallanmasını təkzib edirlər.
«Baku Steel Company»də zavodlara basqılarda onların adlarının hallanmasını təkzib edirlər.

«Heç bir araşdırma aparılmır deyə, hesab edirəm ki, bu işin arxasında hakimiyyətdə təmsil olunan çox ciddi qüvvələr dayanıb. Ona görə də, müraciətlərimizin nəticəsi yoxdur».

BAŞ PROKURORLUQ MÜRACİƏTİ 8 AVQUSTDA ALIB, DİN İSƏ HƏLƏ ALMAYIB

Baş Prokurorluqdan AzadlıqRadiosuna bildiriblər ki, «Şəhriyar -99» MMC-nin etdiyi müraciət onlara avqustun 8-də daxil olub.

Zavodlara hücum edənlərin himayə olunması barədə səslənən fikirlərə isə Baş Prokurorluqdan hər hansı münasibət öyrənə bilmədik.

Avqustun 7-də DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna deyib ki, metalyayma müəssisələrinə hücumlar haqda nazirliyə müraciət daxil olmayıb. Müraciət olarsa, onlar məsələni araşdırıb tədbir görə bilərlər. Bir gün sonra isə nazirlikdən əlavə informasiya verməyəcəklərini dedilər.

Milli Təhlükəsizlik Nazirliyindən isə gün ərzində telefon zənglərimizə cavab verən olmadı.

«BAKU STEEL COMPANY» TƏKZİB EDİR

«Baku Steel Company»də zavodlara basqılarda onların adlarının hallanmasını təkzib edirlər. Bildirirlər ki, bu, şayiədən başqa bir şey deyil.

Amma avqustun 7-də 80 tondan artıq əmlakı müsadirə olunan «R.A.N.K» MMC-nin təsisçisi Dövran Mikayılov iddia edir ki, onlar əmlaklarının «Baku Steel Company»yə daşınmasını sübut edən videogörüntülərə malikdirlər. Zavod əməkdaşları yükü daşıyan maşınları adıçəkilən şirkətə qədər müşayiət edərək lentə alıblar.

«HƏR HANSI MƏSƏLƏ NORMAL QAYDADA ARAŞDIRILMALIDIR»

Aslan İsmayılov
Aslan İsmayılov
Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc hüquq-mühafizə orqanlarının hərəkətsizliyi barədə deyilənləri o qədər də inandırıcı saymır. Hesab edir ki, bəzən elə müəssisələr də var ki, onlar öz problemlərini mətbuatı bu məsələyə qoşmaqla aradan qaldırmaq istəyir:

«Mən müəssisələrin fəaliyyətinin dayandırılması və ya fəaliyyətinə bürokratik əngəllər yaradılmasını müdafiə edə bilmərəm. Mən o mövqedəyəm ki, hər hansı məsələ normal qaydada araşdırılmalıdır. Ona reaksiyalar normal olmalıdır».

«BU, 2010-CU İLDƏN BAŞLANAN PROSESLƏRİN DAVAMIDIR»

Vəkil Aslan İsmayılov isə indi baş verənləri 2010-cu ildə Zülfüqarlı qardaşlarına məxsus zavodlara edilən basqıların davamı sayır:

«Mən neçə ildir deyirəm ki, bütün sahələri məhv edib bir nəfərin əlində cəmləşdirəcəklər. Bu, həmin prosesdir. Onda sahibkarı həbs etməklə məsələyə bir hüquqi don geyindirirdilər. Amma indi heç nədən çəkinmədən birbaşa alırlar».

Aslan İsmayılov deyir ki, o, indi problemlə üzləşən müəssisələrin kömək istədiyi qurumlara bir neçə il əvvəl müraciət edib:

«Adıçəkilən orqanlara müraciət edəndə, onların rəhbərləri deyir ki, «a kişi, bilmirsiniz ki, bu işin arxasında kimlər durur. Biz o adamlar olan yerdə nə edə bilərik?».
XS
SM
MD
LG