Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:38

ƏDALƏT ƏSGƏROĞLU. LAÇIN DAĞLARININ RƏSMİNƏ BAXARKƏN...


-

(Sevimli şair Adil Şirinə)

Dərd dərdin içində əriyir gedir,
Günahın dalınca sürüyür gedir.
Bəyaz güllərini kürüyür gedir,
Bir dəli həsrətə ağ biçilir, ağ!

Düşüb dizi üstə ahla, amanla,
Deyir ağrısını tarla, kamanla.
Gözü yerə çəkən dinlə, imanla
Gözlərim önündə haqq üzülür, haqq!

Nəyi yandırmadı bu dağlar, nəyi?
Ahı sinə yaxdı, naləsi neyi...
Götürün sözümü zalıma deyin
Mən onun əlindən dad eylədim, ah!

Gəlir badə-badə zəhər bəladan,
Keçir pir babadan, şəkər baladan.
Çoxu yazı yazır, elə qaradan
Mənim qələmimdən qan süzülür, bax!

Nolur, Əsgəroğlum, xalları dərmə!
Dərib, allı-güllü bəxtinə sərmə!
Sıralı dağlardı, bax, dərmə-dərmə!
Baxıram, sinəmə dağ düzülür, dağ!
XS
SM
MD
LG