Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:30

“Pussy Riot”-çulara hökm oxunur (video)


Məhkəmə "Pussy Riot" üzvlərini günahkar saydı
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00
Direct-ə keçid

Məhkəmə "Pussy Riot" üzvlərini günahkar saydı

Moskvada səhər tezdən “Pussy Riot” qrupunun həbsdə olan üzvlərinə dəstək aksiyası başlayıb. Bu gün məhkəmə qrup üzvlərinə hökm oxuyur.

Rusiyanın müxtəlif şəhərlərində pank müsiqiçilərin müdaifə aksiyaları keçirilir.

Məhkəmə binasının qarşısına isə tanınmış siyasətçilər, ictimai fəallar, mədəniyyət xadimləri yığışıb. Xüsusi Təyinatlı Milis Dəstəsi üzvləri məhkəmənin yerləşdiyi küçədə sədd qurublar. Əraziyə onlarla polis avtobusu gətirilib.


Dövlət ittihamçısı “Pussy Riot” qrupunun üzvləri - Maria Alyokhina (24), Nadezhda Tolokonnikova (22) və Yekaterina Samutsevichin (29) 3 il azadlıqdan məhrum edilməsini istəyib.

Onlar xuliqanlıqda ittiham olunur. Qrup üzvləri ittiham üzrə özlərini təqsirli bilmirlər.

“Pussy Riot”un üzvləri Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirmişdi. Bu ilin fevralında kilsədə “Məryəm ana, Putini qov” məzmunlu “pank-dua” etmişdilər. Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri onları mehrabdan uzaqlaşdırmışdı.
---
XS
SM
MD
LG