Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:52

İran rəsmisi: "Şairlər şeir məclisindən başqa hər yerdə olublar"


Abbas Əraqçı
Abbas Əraqçı
-

İranda saxlanılan azərbaycanlı şairlər qeyri-qanuni davranışlarına görə həbs ediliblər.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə İranın xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Seyyid Abbas Əraqçi deyib.

"Onların həbsi ilə bağlı detalları Azərbaycan rəsmiləri ilə görüşümdə onlara çatdırdım, onların suallarını cavablandırdım. Hazırda şairlərin işi məhkəmədədir. Məhkəminin qərarını gözləyirik. Her cinayət işi qanuni prosedur keçməlidir. Hazırda həmin prosedur davam edir. İran dövləti prosedurun qanuni keçirilməsinə kömək edir", - nazir müavini bildirib.

Əraqçi xatırladıb ki, Azərbaycanın Təbrizdəki Baş Konsuluğunun nümayəndələrinin və şairlərin yaxınlarının onlarla görüşü təşkil edilib.

Şairlərin qeyri-qanuni davranışları dedikdə nəyin nəzərdə tutulduğuna gəlincə, Əraqçi bildirib ki, onlar İran şəhərlərindən birində şeir məclisinə dəvət edilsələr də, həmin məclisdə iştirak etməyiblər.

"Onlar şeir məclisindən başqa hər yerdə olublar", - nazir müavini deyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə İranda həbsdə olan azərbaycanlı şairlərlə bağlı öz narahatlığını avqustun 24-də Bakıda səfərdə olan bu ölkənin xarici işlər nazirinin müavini Seyed Abbas Əraqçıya çatdırıb.

Bu barədə həmin görüşlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilir. Bildirilir ki, nazir bu məsələni Azərbaycan xalqı və dövləti üçün olduqca ciddi narahatçılığına səbəb bir məsələ adlandırıb. O, qısa müddət ərzində bu məsələnin müsbət həllini tapacağına ümidvar olduğunu qeyd edib.

Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar. Azərbaycan XİN onların həbsinin qanunsuz hesab edir.
XS
SM
MD
LG