Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:30

Ələmdar Quluzadə. Şeirlər


-

Bu daş mənə tanış gəlir

Ya qardaşı daşa basan
Qardaşların tərsi olub,
Ya dar ağacının altda
Ayaqaltı kürsü olub -
Bu daş mənə tanış gəlir.

Gül bitirən qara torpaq
Üzüqara daş bitirib,
Mindiyim at bu yollarda
Dırnaq töküb, nal itirib -
Bu daş mənə tanış gəlir.

Bir sifəti ütülüdür,
Bir sifəti çopur-çopur,
Qaysaqlayan yara görsə
Qanadlanıb yerdən qopur -
Bu daş mənə tanış gəlir.
Nə ağacın hisin görüb,
Nə çiynində qala yükü,
Özü yıxıb, özü gülüb,
Tərpənməyib bircə tükü -
Bu daş mənə tanış gəlir.

Gah göstərib boz üzünü,
Gah gizlənib bez kisədə,
Vətənindən qərib düşüb
Yükün üstdə gəlməsə də -
Bu daş mənə tanış gəlir.

Düşmən mənə toy tutanda
O düşmənə toy qurubdur,
Qından çıxan qılıncımı
İki bölüb oturubdur -
Bu daş mənə tanış gəlir.

Nəzir deyib dayanmışam,
Bəd niyyəti, nəzəri var,
Gördüyün daş ürəklərdən
Birinə çox bənzəri var -
Bu daş mənə tanış gəlir.

Gah solumda fırfıradır,
Gah sağıma keçir mənim,
Neçə ildir bir qara daş
Başıma and içir mənim -
Bu daş mənə tanış gəlir.


Elə həsrət istəyirəm

Elə üfüq istəyirəm
Bir buludsuz səhər doğa;
Elə bulud istəyirəm
Mən dolanda yağış yağa.

Elə çiçək istəyirəm
Şehi yusun dizlərimi;
Elə ulduz istəyirəm
Nuru tutsun gözlərimi.

Elə nəğmə istəyirəm
Sırğa olsun qulağımda;
Elə bulaq istəyirəm
Bala dönsün dodağımda.

Elə çinar istəyirəm
Səcdə edim kölgəsinə;
Elə gözəl istəyirəm
Tablamayım hikkəsinə.

Elə vüsal istəyirəm
Xəzəli də xəli etsin;
Elə həsrət istəyirəm
Dərdi məni dəli etsin.


Gözəllər qocalanda

Əsən əl qaşda gəzir,
Günahı yaşda gəzir.
Xınalı kəkliklərin
Xınası başda gəzir
Gözəllər qocalanda.

Söz köhnə sözdən düşür,
Oğlandan, qızdan düşür.
Darağın başına kül,
Güzgü də gözdən düşür
Gözəllər qocalanda.

Dərd dağdan böyük olur,
Qəm çiyində yük olur.
Birdən-birə görürsən
Dünya beş günlük olur
Gözəllər qocalanda.

fəsillər kirkirədi,
Cahan dördkünc kürədi.
Haqlı imiş atalar -
Dünya bir pəncərədi
Gözəllər qocalanda.

Bahar məni üşüdər,
Payız məni eşidər.
Gözəllər bilə bilməz
Nə çəkirmiş kişilər -
Gözəllər qocalanda.

Durna uçub gizlənir,
Çiçək açıb gizlənir.
Sanki xəcalətindən
Zaman qaçıb gizlənir
Gözəllər qocalanda.

Şeh əfsanədən yazır,
Şam pərvanədən yazır.
Aman Allah, görəsən
Şairlər nədən yazır
Gözəllər qocalanda?


VƏ­TƏN EŞ­Qİ

Qar­tal ki­mi mil­lə­nə­rəm göy­lə­rə,

Lə­lə­yim­də Və­tən eş­qi gö­rər­sən.

Çə­mən olub aya­ğı­nı öpə­rəm,

Çi­çə­yim­də Və­tən eş­qi gö­rər­sən.



Tü­tə­yim­lə da­ğı-da­şı din­di­rim,

Qı­lın­cı­mı kə­hər ata min­di­rim.

Mən yan­dıq­ca alov­la­nar tən­di­rim,

Çö­rə­yim­də Və­tən eş­qi gö­rər­sən.



Alın tə­ri içi­rə­rəm bağ­la­ra,

Qo­şa çiy­nim tağ­bənd olar tağ­la­ra.

Da­yaq ver­səm kü­rə­yi­mi dağ­la­ra,

Kü­rə­yim­də Və­tən eş­qi gö­rər­sən.



Si­nəm sən­gər, sən­gər mə­nim si­pə­rim,

Tü­fəng ki­mi tə­tik­də­dir tə­pə­rim.

Ayan­lan­sa, tap­da­lan­sa çə­pə­rim,

Bi­lə­yim­də Və­tən eş­qi gö­rər­sən.



Do­da­ğı­ma to­xu­nan­da şər­bə­ti,

Bir-bi­ri­nə qa­rı­şıb­dır qür­bə­ti.

Göz­lə­rim­də ta­pa bil­sən həs­rə­ti.

Ürə­yim­də Və­tən eş­qi gö­rər­sən.



BİR ŞƏ­KİL­LƏ SÖH­BƏT


Ya­şa­yıb sa­za­ğı, gö­rüb bür­kü­nü,

Tut­ma­yıb ki­min­sə ətək­lə­rin­dən.

Göz­lə­ri­nə ho­pan kə­dər yü­kü­nü

Daş ki­mi asıb­dır kip­rik­lə­rin­dən.



Ömür ya­rı de­yil, Günəş ba­tan­da,

Ya­na­ğı yaş içib duz bağ­la­yıb­dır.

Qı­zın qo­lun­da­kı qı­zıl sa­at­da

Za­man di­şi­nə­cən buz bağ­la­yıb­dır.



Əlin­də qal­mı­şıq eh­ti­yac­la­rın,

Həs­rət sa­hi­bi­nin öz ye­ti­mi var.

Dal­ğa­sı çiy­ni­nə də­yən saç­la­rın

Mə­nim ürə­yim­də tə­la­tü­mü var.



Qüs­sə qəh-qəh ilə çö­küb dö­şü­nə,

Da­nış­sa do­da­ğı qa­na ba­ta­caq.

Sa­çı sır­ğa­la­rı çə­kib dö­şü­nə,

Üzük bar­ma­ğı­nı üzüb ata­caq.



Ba­xış­da xo­fu var so­yuq xən­cə­rin,

Bir mis­qal tə­bəs­süm də­rə bil­mi­rəm.

Bo­yun­dan ası­lan qı­zıl zən­ci­rin

Tax­tı gər­dək­də­dir, gö­rə bil­mi­rəm.



Atə­şə bü­rün­mə, alo­va gir­mə,

Gö­zü gö­zə dü­şən söz ov­çu­su var.

Kə­dər­li olan­da şə­kil çək­dir­mə,

Axı şə­ki­lin də oxu­cu var.



EH­Tİ­YAC


İçim­də bir də­nə dar ağa­cı var,

Kən­dir­lə boy­num­dan ası­lıb ge­dər.

Ürə­yi­min eş­qə eh­ti­ya­cı var,

Yur­du­mun qı­lın­ca ol­du­ğu qə­dər.



Da­şa kö­nül ve­rib daş üs­tə qoy­dum,

Çi­çə­yi hö­rü­yə düz­dü­yüm ki­mi.

İs­ti­də köl­gə­yə eh­ti­yac duy­dum,

Ya­ğış­da gü­nə­şi gəz­di­yim ki­mi.



Mə­həb­bət ürə­yin od-oca­ğı­dır,

Se­və­ni so­yuq­dan, qar­dan qo­ru­yur.

Tə­bəs­süm-gö­zü­nün uma­ca­ğı­dır,

Gö­züm göz ya­şı­na eh­ti­yac du­yur.



Su­lar sı­ğal­la­nıb, sö­yüd da­ra­nıb,

Gö­züm ayaq üs­tə ölür acın­dan.

Vü­sal - qəl­bim­də­ki nur­dan ya­ra­nıb,

Həs­rət - göz­lə­ri­nin eh­ti­ya­cın­dan.



Yur­du­mun bir qu­ru ağa­cı ol­sam,

Kə­si­lər qol­la­rım kö­zə uza­nar.

Çö­rək acı ol­sam, söz acı ol­sam,

Əlim çö­rə­yə yox, sö­zə uza­nar.



KE­ÇİB


Ağ­rı azı­mı­zı əyə bil­mə­di,

Ağ­rı ço­xu­mu­zun için­dən ke­çib.

Bi­ri iy­nə­si­ni əsir­gə­yən­də,

Bi­ri qo­yu­nun­dan, qo­çun­dan ke­çib.



Si­nə­min sir­ri­ni se­gah bi­lib­dir,

Ana­lar ağı­nı si­lah bi­lib­dir.

Qa­ra hö­rük­lə­ri gü­nah bi­lib­dir,

Gə­lin­lər bir aya sa­çın­dan ke­çib.



Bu­la­ğın gö­zü­nə yar­pız gə­lib­dir,

Gö­zü­nü sıx­ma­ğa yüz qız gə­lib­dir.

Ya­yı ötür­mü­şük, payız gəlibdir,

Zəmi vağımlayıb bi­çin­dən ke­çib.



Na­rı be­cər­mə­yən bi­zə nar sa­tır,

Dəl­lal ta­nı­yı­ram, qış­da qar sa­tır,

Oğul var, qa­dı­na alt pal­tar sa­tır,

Oğul var, qo­lun­dan, qı­çın­dan ke­çib.



Dos­tu­nu di­zin­dən atan ki­şi var,

İlan­la qol-bo­yun ya­tan ki­şi var.

Düş­mən­lə al­ve­ri tu­tan ki­şi var,

Xo­ca­lı­dan ke­çib, La­çın­dan ke­çib.



HA­RA TƏ­LƏ­Sİ­RİK Kİ?


Pa­yız çə­ni çə­mən­dən

Kü­süb çə­kil­mə­yə­cək,

Ge­cik­sək, yağ qa­za­nı

Da­şıb tö­kül­mə­yə­cək -

Ha­ra tə­lə­si­rik ki?



Saç­la­rın­dan uta­nıb

Ağ saç­la­rım lal gə­zir,

Ağ du­ma­nın için­də

Sə­nin te­lin gül gə­zir -

Ha­ra tə­lə­si­rik ki?



Qar­şı­da yüz yo­xuş var,

Ad­dım­la­yaq ya­na­şı,

Mə­ni qı­naq göz­lə­yir,

Sə­ni isə göz ya­şı -

Ha­ra tə­lə­si­rik ki?



Ya­na­ğı­nı yu­mu­san

Do­da­ğın­da bal qa­lıb,

Xa­ti­rə da­nış­ma­ğa

Hə­lə ne­çə il qa­lıb -

Ha­ra tə­lə­si­rik ki?



Bağ­lı qa­pı­lar­da da

Ke­şik­çi­lər da­ya­nır,

Qı­zıl gül­lər açan­da

Öz qa­nı­na bo­ya­nır -

Ha­ra tə­lə­si­rik ki?



Bu həs­rət ba­də­si­ni

Gec gö­rüb, gec iç­mi­şik,

Qa­tar tər­pə­nib ge­dib,

On­suz da ge­cik­mi­şik –

Ha­ra tə­lə­si­rik ki?



Qa­nad­la­rım ütül­sə

Axır lə­lə­yi­nə­cən,

Hə­lə yol ge­də­cə­yəm

Sə­nin ürə­yi­nə­cən -

Ha­ra tə­lə­si­rik ki?


GƏL ÜRƏ­YİM­DƏ GİZ­LƏN


Nə tül do­nu­nu ge­yin,

Nə gül­lü yay­lıq apar,

Çi­çək­lik­də giz­lən­sən

Arı­lar sə­ni ta­par -

Gəl ürə­yim­də giz­lən.



Bu sə­rin me­şə­lər­də

Xəs­tə­lər şə­fa gə­zir,

Gö­zə­li ax­ta­ran göz

Özü­nə cə­fa gə­zir -

Gəl ürə­yim­də giz­lən.



Ba­cın aya­ğı­ya­lın

Kö­mə­yi­nə tək gə­lir,

Anan sə­nin üs­tü­nə

Əlin­də kö­tək gə­lir -

Gəl ürə­yim­də giz­lən.



Hö­rü­yün sö­yüd­lə­rə

Do­la­şıb yel­lə­nə­cək,

Ət­rin­dən çi­nar­la­rın

Ba­şı gi­cəl­lə­nə­cək -

Gəl ürə­yim­də giz­lən.



Hə­mi­şə qar­şı­ma çıx,

Sən ar­xam­ca sü­rün­mə,

Göz­lə­rim qan-qan de­sə

Göz­lə­ri­mə gö­rün­mə -

Gəl ürə­yim­də giz­lən.




DƏR­Zİ, SƏ­NƏ QUR­BAN OLUM


Don­dum do­nu gö­rən ki­mi,

Di­zim əs­di, di­lim əs­di,

Mə­nim ağ­lım kəs­mə­yə­ni

Sə­nin qay­çın ne­cə kəs­di? -

Dər­zi, sə­nə qur­ban olum.

Bar­ma­ğı­ma ba­tan­la­rın



Dır­naq boy­da dər­di mə­nim,

Bu pal­ta­rı ti­kən iy­nə

Ürə­yi­mə gir­di mə­nim -

Dər­zi, sə­nə qur­ban olum.



Onu uca dağ elə­yib

Mə­ni dağ­da diz­dən sal­dın,

Bu gö­zə­li zə­rə bü­küb

Zər­gər­lə­ri göz­dən sal­dın -

Dər­zi, sə­nə qur­ban olum.



Ya­rı­yan­lar yad ol­ma­sa

Qa­rı­yan­lar ər­də imiş,

De­mə mə­lək­lə­rə pal­tar

Ti­kən dər­zi yer­də imiş -

Dər­zi, sə­nə qur­ban olum.


"Azərbaycan", www.edebiyyat-qazeti.com
XS
SM
MD
LG