Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:49

Britaniya 60 Rusiya vətəndaşına qapını bağlayır


Böyük Britaniyanın daxili işlər naziri Teresa May “Hermitage Capital” fondunun hüquqşünası Sergey Maqnitskinin ölümündə əli ola bilən 60 Rusiya vətəndaşının ölkəyə girişinin qadağan edilməsini göstəriş verib.

Bu siyahı amerikalı senator Benjamin Kardinin təşəbbüsü ilə hazırlanıb.

Sənəddə Maqnitskinin ölümündə əli olan rusiya məmurlarına qarşı viza və maliyyə sanksiyaları nəzərdə tutulur.

Məlumatı Sunday Times qəzeti yayıb.

Həmçinin payızda ABŞ Konqresinin belə bir addım atacağı gözlənilir.

Sergey Maqnitski 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.

“Hermitage Capital” fondu hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.
XS
SM
MD
LG